1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell-dən yeni müsabiqə
14.09.2017

"Ganja Big Idea Competition" müsabiqəsinə qatıl, öz biznesini qur

Baki, FinanceTime. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdəstartaplar üçün daha bir müsabiqəyə start verib.  Gəncə şəhərində ilk dəfə təşkil edilən "Ganja Big Idea Competition" ideya müsabiqəsi bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verir. Müsabiqədə iştirak etmək istəyənlər11 sentyabr-10 oktyabr, 2017-ci il tarixlərində https://goo.gl/forms/gULN8W3glCtEFj5F2

linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Bütün təqdimatlar qəbul edildikdən sonra münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Ən yaxşı 10 təqdimat finalçı olaraq seçiləcək və 12 oktyabr tarixində Barama internet səhifəsində və bütün iştirakçıların email ünvanına məktub göndərilməklə elan ediləcək. Oktyabrın 16-da keçiriləcək finalda isə komandalar öz ideyalarını hakim heyətinə təqdim edəcəklər. Komandalar finalda biznes-planla birlikdə təqdimat hazırlamalı və 10 dəqiqə ərzində çıxış edəcəklər. Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılacaqlar:

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edir."Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif,  o cümlədən  mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində  innovativ ideyaların tapılmasıdır. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startupları "Ganja Big Idea Competition" müsabiqəsinə qatılmağa vəarzularını gerçəkləşdirib biznes qurmağa dəvət edir.

Beləliklə, “İdeya Sizdən - Dəstək Bizdən!".


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment