1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünyada urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub
13.09.2017

Baki, FinanceTime. 2050-ci illərdə gözlənilir ki, bugünkü 54% nisbətən, əhalinin üçdə iki hissədən çoxu şəhərlərdə yaşayacaq. Baxmayaraq ki, mütəşəkkil və səmərəli şəhərlərin bir çox faydaları olsa da, biz bu sürətli, çox vaxt planlaşdırılmamış urbanizasiyanın dərin sosial sabitlik riskləri, tənqidi infrastruktur riskləri, potensial su böhranları və xəstəliyin dağıdıcı yayılması potensialı ilə nəticələnə biləcəyini bilməliyik.

Bir çox ölkələr üçün böyük problemə çevrilən urbanizasiyanın həlli üçün konkret tədbirlər planları hazırlanmalıdır. Bu fikir oikos Bakı tərəfindən "Dayanıqlı Urbanizasiyada Liderlik" mövsuzunda təşkil olunan beynəlxalq Mərkəzi və Şərqi Avropa Regional Görüşündə səslənib. 7-10 sentyabr tarixlərində Bakıda keçirilən 4 günlük tədbir yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, seminarlarda 20 beynəlxalq, 30 yerli nümayəndə iştirak etdi.

Görüşün birinci gününün ən yadda qalan hissəsi “Dünya və İnsan” adlı teatr tamaşası oldu. Urbanizasiyanın yaratdığı çətinliklər isə “Green Baku”-un təsisçisi Samir Qədirov və “Green Building Council, Azerbaijan”-ın baş icraçı direktoru Fuad Bağırov  və  Ernst&Young Azərbaycan şirkətinin nümayəndisi Orxan Rəcəbov və Zülala Abdulazizova tərəfindənmaraqlı məruzələrdə vurğulandı. Sonrakı gün Fuad Bağırov, PİLLƏ təşkilatının təsisçilərindən Müslüm İmranlı və ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən “Urban planning” və “Divided Cities” mövzusunda panel diskussiyalar isə daha çox problemin həlli yollarına aydınlıq gətirdi.

Tədbirin sonuncu günü  Mərkəzi və Şərqi Avropa Regional Görüşü iştirakçıları Azərsun Holdinqin Kağızın Yenidən Emal fabrikində iş prosesi ilə tanış oldular.

Qeyd edək ki, oikos təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən ən önəmli beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. oikos beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzun olmuş şəxslərdən ibarət professional komandası mövcuddur və bu komandanın təsir əhatəsi 50000 tələbə və gənci əhatə edir.

oikos davamlı dəyişiklik faktorunun təşviqi üçün aparıcı istinad nöqtəsidir. oikos Baku təşkilatı da bu məqsədlə yaranan təşkilatlardan biridir və məqsədi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında gəncləri bir araya toplamaq, interaktiv mərkəzlər yaratmaq, sosial-ictimai tədbirlər, kiçik sahibkarlıq layihələri, biznes və innovativ yeniliklər üzrə proqramlar formalaşdırmaq və tədris proqramları həyata keçirməkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment