1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi növbəti rekord göstəriciyə yaxınlaşır
12.09.2017

Baki, FinanceTime. Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət etmişdir ki, bu da ötən ilin analoji göstəricisindən 29 faiz çoxdur. İlin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq.                                          

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,61 milyon sərnişin düşmüşdür ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınmışdır.

Sərnişinlərin 84,9 faizi beynəlxalq reyslərin payına düşmüşdür. Bu ilin ilk səkkiz ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər -  Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olmuşdur. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınmışdır.

Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, Turkish Airlines, flyDubai, Aeroflot və “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti daxil olmuşdur. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınmışdır.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlamışdır.

Cari ilin sentyabr ayından ilk milli lou-koster “Buta Airways” uçuşlara başlamışdır.

Aviaşirkət Moskva, Kiyev, Tbilisi, Kazan, Mineralnıye Vodı, Tehran və Antalyaya uçuşlar yerinə yetirir. Oktyabrın 29-dan etibarən “Buta Airways” Bakıdan İstanbula və Sankt-Peterburqa uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment