1 USD 1.7002   1 EUR 1.9959   1 AED 0.4629   1 ARS 0.0973   1 AUD 1.2815   1 BRL 0.5220   1 BYN 0.8484   1 CAD 1.3274   1 CHF 1.7121   100 CLP 0.2667   1 CNY 0.2562   1 CZK 0.0782   1 DKK 0.2682   1 EGP 0.0963   1 GBP 2.2523   1 GEL 0.6298   1 HKD 0.2176   100 IDR 0.0126   1 ILS 0.4834   1 INR 0.0261   100 IRR 0.0043   100 JPY 1.5101   1 KGS 0.0244   100 KRW 0.1550   1 KWD 5.6294   1 KZT 0.0051   100 LBP 0.1126   1 MDL 0.0971   1 MXN 0.0896   1 MYR 0.4103   1 NOK 0.2051   1 NZD 1.1564   1 PLN 0.4719   1 RUB 0.0287   1 SAR 0.4534   1 SDR 2.3989   1 SEK 0.2003   1 SGD 1.2533   1 TJS 0.1929   1 TMT 0.4858   1 TRY 0.4327   1 TWD 0.0566   1 UAH 0.0642   100 UZS 0.0210   1 XAG 28.8621   1 XAU 2176.4856   1 XPD 1687.2870   1 XPT 1579.2308   1 ZAR 0.1211   
           
AMB kursu / Məzənnələr

 

 

Rəşad Cümşüdov

«NİKOİL» İKB-nin İnkişaf Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dilarə Zamanova

«AtaHolding» ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi
sual vermək
cavablara baxmaq
 
Əmək Bazarı üzrə Ekspert
Kseniya Trohimets

Mərkəzi Asiya və Qafqaz reqionu üzrə marketinq kuratoru, Jobs.Day.Az hh.ru ilə birgə layihəsi
sual vermək
cavablara baxmaq
















Sığorta


İslamda sığortanın işləmə mexanimzi
07.09.2017

Baki, FinanceTime.  Cəmiyyət yarandığı gündən insanlardan asılı və ya asılı olmayaraq müxtəlif bədbəxt və təbiəthadisələribaş verir ki, bu da insanların həyatına onların malına, mülkünə ciddi ziyan vurub, nəticədə insanlar böyük zərərlə üzləşiblər. Əvvəllər bu cür zərərlərin qarşısını almaq üçün müxtəlif büdcəli ehtiyyat fondları yaradılırdı. Sonralar bu fondlar sığorta şirkətləri ilə əvəzlənməyə başladı.Daha doğrusunu desək, müəyyən riskləri qarşılayan, ehtiyyat fondlarının bir növü də indiki sığorta şirkətləridir.

Bütün sadalanan riskləri nəzərə alan vətəndaşlar müasir dövrdə ənənəvi sığorta metodlarından daha çox istifadə etməyə başladılar.Lakin ənənəvi sığorta ilə yanaşı şəriət qaydaları ilə işləyən sığorta sistemi də mövcuddur ki, bu da takaful adlanır.

Ümumiyyətlə, İslamda sığorta qədərə qarşı olduğundan Allahın qərarlarına hörmətsizlik və bu qərarları sorğulamaq kimi dəyərləndirilir. Məhz bu baxımdan da sığortalanmaq şəriətdə bəyənilmir.

 

Bəs bilirsinizmi takaful nədir?

Takaful ərəb mənşəli sözdür, “kafala” sözündən götürülüb, mənası zəmanət deməkdir. Yəni birgə qorunmaya və zəmanətə əsaslanır. Mexanizm olaraq takaful sığortalanan tərəflərin könüllü olaraq bir-birinə yardım məqsədilə risklərə və zərərlərə qarşı eyni fonda ödənişləri ilə reallaşır. Bu fond müəyyənləşdirilmiş qonarar qarşlılığında takaful operatoru adlanan iştirakçı tərəfindən şəriətə müvafiq qaydada idarə olunur. Takaful mexanizmi əsasən vakala üzərində qurulur.

Burada takaful operatoru vakil adlanır. Sığortalanan tərəflərin məruz qaldığı zərər bu fond vasitəsilə kompensasiya edilir. Eyni zamanda fonda yığılmış əlavə mənfəət də əvvəlcədən müəyyən edilmiş qaydada sığortalanan tərəflər arasında bölünə bilər.Takaful modelində sığortalanan tərəflər həm də sığorta edənlərdir.Yəni bu fond bütövlükdə sığorta olunanlara məxsusdur. Bu da öz növbəsində qimar və maisirdən yayınmağa imkan verir. Ümumiyyətlə şəriətdə sığortaya müxtəlif qadağalar var ki, bunlar da riba (sələmçilik), maisir (qumar, mərc oyunları) və gharardır (qeyri-müəyyənlik).

 

Ənənəvi sığorta ilə takafulun fərqi

Fərq risklərin qiymətləndirilməsi və idarəolunmasında, həmçinin takaful-tondun idarə olunmasındadır. Bundan başqa operatorla iştirakçılar arasındakı münasibətlərdə də fərqlər var. Ənənəvi sığortada riskin ötürülməsi mexanizmi işləyir, hansı ki, fiziki şəxs və yaxud təşkilat müəyyən haqq qarşılığında qeyri-müəyyənliyini müəyyənliyə dəyişir. Amma, takafulda bu mexanizm qadağandır. Çünki, bu gharara təsadüf edir ki, bu da İslamda qadağandır. Takafulda riskin idarəedilməsi və qiymətləndirilməsində(anderraytinq) gharar və maisir yolverilməzdir. İnvestisiyalarda və fondların idarəedilməsində isə riba qadağandır. Ənənəvi sığorta mexanizmi özündə ribavi və qimar və maisir elementlərini cəmləyir. Çünki sığorta şirkətləri yığılmış vəsaitləri sabit faiz vəd edən istiqrazlarda,bank hesablarında saxlayırlar ki,bu da ribavi əməliyyatdır.

 

Qlobal takaful bazarı

Apardığım kiçik araşdırma nəticəsində belə qənatə gəldim ki, qlobal takaful bazarı üzrə məcmu aktivlərin həcmi nəzərə çarpacaq qədərdir. Bazar elə də kiçik deyil, özündə böyük islam dövlətlərini cəmləyə bilib. 

“CityUK İslamic Finance” təşkilatının2014-cü il üçün hazırladığı hesabatında bildirilir ki, dünya miqyasında takaful aktivlərinin cəmi dəyəri 35 mlrd. dollar təşkil edir. Bu məbləğin təxminən 7%-i isə re-takaful (təkrarsığorta) hesablarında olub.

Hesabatda qeyd olunub ki, qlobal takaful bazarı Səudiyyə Ərəbistanı, Malayziya, İran və Birləşmiş Ərəb Əmirliklərində daha geniş inkişaf edib. Adları qeyd olunan ölkələr qlobal takaful bazarında 90% paya malikdir. Növbəti inkişaf etmiş bazarlara isə Bahreyn, Qatar, İndoneziya, Banqladeş, İordaniya və Küveyti də daxil etmək olar.   

Hesabatda vurğulanır ki, ümumilkdə adam başına düşən takafulun(penetration) məbləği azdır. Təşkilat gələcəkdə islam və digər ölkələrdə takaful sığortası ilə bağlı qanunverciliyin qəbulundan sonra adambaşına düşən takafulun artmını proqnoz edib.

 

Elnur Hüseynquluyev

 

“PAŞA Həyat Sığorta” ASC

 

PR mananger

 





13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri


17.05.2016
Yusif Ağayev
“AlfaSığorta” ASC-nin Marketinq şöbəsinin rəisi


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi

20.11.2015
Vüsal Əliyev
“AtaTravel” MMC-nin Baş Direktoru


21.11.2016
Cahangir Qənizadə
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin Direktoru

21.10.2014
Orxan Məmmədov
"AtaSığorta" ASC-nin İdarə Heyətinin Sədr Müavini

26.08.2016
Nikoloz Şurqaia
“Nikoyl” İKB ASC-nin İdarə Heyətinin Sədri


13.10.2014
Rəşad Rəsullu
"AtaHolding" ASC-nin İdarə Heyətinin sədr müavini




Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment