Baki, FinanceTime. Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır. Əhalinin əmanətləri 6,834.1milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,123nəfər təşkil edir.
2017-ci ilin31 iyul tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az və press@fmsa.az ünvanına müraciət edə bilərlər.