1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Saxo Bank” bu ilin ilk yarısı üzrə maliyyə hesabatını dərc edib
06.09.2017

Baki, FinanceTime.  “Saxo Bank Group” 2017-ci ilin ilk altı ayının yekunlarına dair maliyyə nəticələrini dərc edib, xalis mənfəət 2016-cı ilin analoji dövrü ilə müqayisədə 45% artaraq 229 mln Danimarka kronu (36,6 mln ABŞ dolları) təşkil edib. Müştəriləridepozitlərinin təminatı rekord həddə – 98,3 mln krona (15,7 mln dollar) çatıb, və aşağı volatilliyə baxmayaraq bankın əməliyyat gəlirləri 1,56 mlrd kron (250 mln dollar) təşkil edib, halbuki ötən il bu göstərici 1,46 mlrd krona (234 mln dollar) bərabər olub.

Bank etibarlı kapital bazasını saxlamaqdadır, 2017-ci ilin iyunun 30-na olan məlumata əsasən, “Saxo Group”un birinci dərəcəli əsas kapitalı, birinci dərəcəli kapitalın əmsalı və bankın kapitalının ümumi əmsalı müvafiq olaraq 15,7%, 17,8% və 20% təşkil edib.

 

2017-cı ilin ilk yarısı üzrə bankın əsas göstəriciləri (2016-cı ilin göstəriciləri mötərizədə göstərilib):

·         Əməliyyat gəlirləri: 1 557,6 mlrd kron – 249,3 mlrddollar (1 459,1 mlrd kron – 233,6 mlrddollar)

·         EBITDA (mənfəət):495,9 mln kron – 79,4 mln dollar (429,1 mln kron – 68,9 mlndollar)

·         Korrektə edilmiş EBITDA: 550,4 mln kron – 88,1 mln dollar (489,6 mln kron – 78,4 mln dollar)

·         Verqiqoymadan öncəki mənfəət: 312,2 mln kron – 50 mln dollar(216,3 mln kron – 34,6 mln dollar)

·         Xalis mənfəət: 229,5 mln kron – 36,7 mln dollar (158,2 mln kron – 25,3 mln dollar)

·         Müştəri depozitlərinin təminatı: 98,298 mlrd kron – 15,7 mlrd dollar (82,032 mlrd kron – 13,1 mlrd dollar)

·         Şəxsi kapital: 4 469,9 mlrd kron – 715,5 mlrd dollar (4 077,8 mlrd kron – 652,7 mlrd dollar)

·         Kapitalın ümumi əmsalı: 20% (2016-cı ilin sonuna – 19,5%)

 

“Bu ilin ilk altı ayı üzrə əldə olunan nəticələr müştəri təcrübəmizin yaxşılaşdırılmasına və texnologiyaların təkmilləşdirilməsinə yönələn səylərimizin və investisiyaların effektivliyindən xəbər verir. Sentyabrda biz “Saxo Bank”ın 25-illiyini qeyd edəcəyik, bu dövr ərzində onlayn-ticarət sahəsində ilk addım atanlardan bankinq servisini xidmətlər kimi təqdim edən (BaaS) və dünya kapital bazarlarına çıxışı təmin edən aparıcı təchizatçısıya kimi uzun bir yolu qət etmişik. “Saxo” maliyyə texnologiyaları ilə “maliyyə texnologiyaları” termini yaranmamışdan xeyli əvvəl məşğul olub. Biz əvvəlki kimi müştərilərimiz üçün maliyyə xidmətlərinin rəqəmsallaşdırılması sahəsində lider mövqeyimizi təmin edən texnologiyaların durmadan inkişafına yönəlmişik. 2017-cili birinci yarısının nəticələri onu göstərir ki, biz doğru yoldayıq. Biz həllərimizin inkişafına investisiya yatırmağı davam etdirəcəyik ki, daim öndə olaq və müştərilərimizi ən yaxşı təcrübəmizlə təmin edək”, - deyə “Saxo Bank”ın həmtəsisçisi və icraçı direktoru Kim Furne bildirib.

2017-ci ilin may ayında məlum olub ki, “Zhejiang Geely Holding Group”un (“Geely Group”) törəmə şirkəti olan “Geely International Hong Kong” “Saxo Bank”a 30% səhmlərin satın-alınmasını təklif edib. Tranzaksiya 2017-ci ilin dördüncü rübündə başa çatacaq.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment