Baki, FinanceTime. 30 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100260Sdövlət qeydiyyat nömrəli,150 mln manat həcmində,28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilmişdir.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 450,174,500.00 yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edilmişdir.
Notların ödəmə tarixi 27 sentyabr 2017-ci ildir.