1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask və Ziraat Bank toplu sığorta ödənişlərini həyata keçirməyə başladı
17.08.2017

Baki, FinanceTime. 2016-cı ildə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Sığorta Haqqlarının Nağdsız Ödənilməsi Barədə Qərar qəbul edilmişdir. Nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində səhmdarları tanınmış beynəlxalq maliyyə institutları olan AXA MBASK Sığorta Şirkəti və  “Ziraat Bank Azərbaycan” ASC proseslərin avtomatlaşdırılması sahəsində əməkdaşlıq etməyə başlamışlar.

Belə ki, sığorta ödənişlərinin AXA MBASK tərəfindən toplu halda ödənilə bilməsi üçün “Ziraat Bank Azərbaycan” tərəfindən yeni həll yolu hazırlanmışdır. Yeniliyin tətbiqi üçün şirkətlərin sistemləri inteqrasiya edilmişdir. Ödənişlər elektron imzayla imzalanaraq bankın sisteminə toplu halda ötürülür və AXA MBASK şirkətindən daxil olan “Toplu Ödəniş” təlimatı ilə təqdim olunmuş ödəniş  onlayn rejimdə “Ziraat Bank Azərbaycan” tərəfindən icra olunur. Təqdim olunmuş rekvizitlər üzrə sığorta ödənişləri müştəri sayından asılı olmayaraq toplu şəkildə həyata keçirilir.

“Toplu Ödəniş”-lərin həyata keçirilməsi sayəsində hər iki şirkət vaxt qənaəti qazanaraq müştərilərin sığorta haqqlarının daha tez ödənilməsi ilə müştəri məmnuniyyətini artıracaq.

Qeyd etmək lazımdır ki, dünyada ən iri sığorta şirkətlərindən biri olan AXA Group 1992-ci ildən öz fəaliyyətini həyata keçirən və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biri olan MBASK Sığorta Şirkətinin səhmlərinin əhəmiyyətli qismini 2010-cu ildə əldə edərək AXA MBASK olaraq ölkəmizdə fəaliyyətə başlamışdır. Best Global Brands 2016 reytinqinin nəticələrinə görə AXA brendi ardıcıl olaraq 8-ci il dünyada bir nömrəli sığorta brendi seçilib. AXA 64 ölkədə fəaliyyət göstərir. Qrupun 166 000-dən artıq əməkdaşı və dünya üzrə 103 000 000 müştərisi var.

“Ziraat Bank Azərbaycan” Türkiyənin 153 illik tarixə malik ən dayanıqlı dövlət bankı olan “T.C. Ziraat Bankası” A.Ş.-nin 100%-lik səhmdarlığı ilə 2014-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən  verilmiş 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.

Dünyanın 17  ölkəsində, 97 nöqtəsində fəaliyyət göstərən bank Azərbaycandakı fəaliyyətinin ilk dövründən korporativ yönlü fəaliyyətə başlayaraq Azərbaycanla  Türkiyə və digər ölkələr arasında xarici ticarətin maliyyələşdirilməsi istiqamətində ciddi addımlar atmışdır. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment