1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığortadan yeni hədiyyə kampaniyası: Avtomobilini sığortala və yurdumuzu kəşf et!
20.07.2017

Baki, FinanceTime.  PAŞA Sığorta şirkəti yay mövsümü ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verir. Beləliklə, avqustun 17-dək minimal 450 AZN məbləğində könüllü avtomobil sığortası (KASKO) üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan hədiyyə olaraq 200 AZN nominaladək ölkədaxili səyahət kuponu qazanacaqlar.

Kampaniyanın şərtlərinə əsasən müştərilər 450-1000 AZN sığorta haqqına görə 100 AZN, 1000 AZN-dən yüksək KASKO sığortası üçün isə 200 AZN nominallı səyahət kuponları əldə edəcəklər. Müştərilər səyahət kuponlarını Nizami küç. 167 C ünvanında yerləşən «Spektr Travel» turizm şirkətinə təqdim etməklə ölkəmizin müxtəlif bölgələrinə səyahət sifariş edə və ya kuponun nominal məbləğinə uyğun endirimdən faydalana bilərlər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə göndərərək KASKO sığortasını əldə edə bilərsiniz. 

Kampaniyanın şərtləri barədə ətraflı məlumat üçün: https://goo.gl/zf5f24

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment