1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov “AmCham”ın üzvləri ilə görüşüb
28.10.2016

Baki, FinanceTime. Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Direktorlar Şurasının dəvəti ilə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edib və ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanları mövzusunda çıxış edib.

İşgüzar nahar formatında keçirilən bu cür tədbirlər Palata tərəfindən hər ay təşkil olunmaqla, tədbirlərə qonaq qismində Azərbaycanın nazirləri, komitə sədrləri, Milli Məclisin üzvləri, müxtəlif mərkəzi dövlət qurumlarının rəhbərləri və digər yüksək səviyyəli şəxslər dəvət edilir. Qonaq qismində dəvət olunmuş şəxslər ölkə ictimaiyyəti üçün aktual olan və “AmCham”ın üzvlərini maraqlandıran aidiyyəti məsələlər haqqında təqdimatla çıxış edir, yaranan sualları cavablandırır, yekunda isə qarşılıqlı əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi və müzakirələr aparılır.

Dövlət əmlakının özəlləşdirilməsi mövzusuna həsr edilmiş tədbirin rəsmi hissəsində Kərəm Həsənov ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, daşınmaz əmlakın idarə edilməsi və qeydiyyatı sahəsində innovativ və elektron xidmətlər barədə, habelə gələcək perspektivlər haqqında təqdimatla çıxış edib.

Təqdimatda Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin tarixi, özəlləşdirmə sahəsində qəbul edilmiş qanunverici aktların digər ölkələrdəki proqramlardan fərqli cəhətləri, Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin özəlləşdirmə prosesinin başlanması və dönməzliyinin təmin olunmasında rolu, bu sahədə əldə edilmiş nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər geniş yer alıb.

Eyni zamanda, Kərəm Həsənov son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən özəlləşdirmənin yeni, strateji mərhələsinin başlaması ilə bağlı qəbul etdiyi qərarlar, özəlləşdirməyə açılmış yeni müəssisə və sahələr, prosesə xarici investorların cəlb edilməsi və qeyr-neft sektorunun inkişafının bu yolla dəstəklənməsi, eləcə də məsləhətçi şirkətlərlə əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.

Kərəm Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılıb. Yerli və xairici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınmışdır.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın Prezidenti İlqar Vəliyev Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sahədə mövcud layihələrin icrasının və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlərin hər zaman “AmCham” üzvlərinin diqqətində olduğunu və onlar üçün xüsusi maraq kəsb etdiyini qeyd edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment