|
|
|
Banklar | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının emissiya prospekti qeydiyyata alinmışdır |
28.10.2016 | |
| |
Baki, FinanceTime. 28 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB)cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd qısamüddətli notlarının emissiya prospekti 52S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
28 oktyabr tarixində Palata tərəfindən həmçinin AMB-ninhər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100152S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən notların tədavül müddəti 28gündür.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.
|
|
|
|