1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycanın “Windows” istifadəçiləri yay vaxtına keçidin ləğv olunması ilə bağlı problemlərlə üzləşməyəcək
26.10.2016

Baki, FinanceTime.  “Microsoft” Korporasiyası bu il oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində yay vaxtına keçidin ləğv olunması ilə bağlı uyğunsuzluğun olmayacağını elan edir.

Məlum olduğu kimi, Azərbaycan hər ilin mart və oktyabr aylarınınsonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdi.

Lakin 2016-cı ilin mayın 10-da “Microsoft” Korporasiyası tərəfindən Azərbaycan ərazisində xüsusi «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin (“Windows Update”) istifadəyə verilməsi sayəsində lisensiyalaşdırılmış ”Windows” istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.

Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də “Windows” yeniləmələri xidmətini söndürmüş istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək ki, bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.

“Microsoft” Korporasiyası Azərbaycan ərazisində xüsusi «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»ni  (“Windows Update”) istifadəyə verib. Yenilənmədən “Windows”un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yararlana bilərlər.

Qeyd edək ki, “Microsoft” Korporasiyası bütün istifadəçiləri dərhal məlumatlandırmaq üçün martın 17-də media, sosial şəbəkələr, bloqlar və elektron poçt vasitəsi ilə uyğunsuzluğun təsirini azaldan müvafiq təlimatlar təqdim etmiş, eyni zamanda, «”Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin buraxılışı üzərində işə başlamışdı. Bu məsələnin mərkəzləşdirilmiş qaydada “Windows” yeniləmələri (“Windows Update”) vasitəsi ilə həll edilməsi üçün “Microsoft” Korporasiyasına müvafiq məlumatla müraciət olunub və yenilənmə 10 may 2016-cı il tarixinə hazırlanacağı rəsmən bildirilmişdi.

Beləliklə, “Microsoft” Korporasiyası tərəfindən vəd edilmiş müvafiq yeniləmə artıq mayın 10-dan etibarən istifadəyə verilib. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.

Yay/Qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimatı diqqətinizə çatdırırıq: https://www.facebook.com/MS.Azerbaijan/posts/1084888808246129.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment