1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İranlı sahibkarlar əməkdaşlıqda maraqlıdır
26.10.2016

Baki, FinanceTime. 2016-cı ili oktyabrın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə İran İslam Respublikasının rəsmi şəxsləri ilə yanaşı,  Şərqi Azərbaycan əyalətinin  30-dan çox müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları , həmçinin Konfederasiyanın məsul şəxsləri də  iştirak ediblər.

Qonaqları  salamlayan  Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse prezidenti Vüqar Zeynov  iki ölkə arasında biznes əlaqələrinin yüksək səviyyədə olduğunu, azərbaycanlı və iranlı iş adamlarının işgüzar əlaqələrinin müsbət nəticələr verdiyini bildirib. Qeyd edib ki, xarici şirkətlərin fəaliyyəti üçün ölkəmizdə əlverişli şərait yaradılıb və İran  iş adamları da bu imkanlardan yararlanmaqla fəaliyyətini genişləndirə və ya yeni biznes layihələri həyata keçirə bilərlər. İlin sonunadək İranda keçirilməsi nəzərdə tutulan İran-Azərbaycan  biznes forumunun iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı da istisna edilməyib.

Təbriz Ticarət palatasının üzvü Əlirza PurAğabalayi İran və Azərbaycan arasında ticarət münasibətlərinin davamlı inkişaf etməsindən, həyata keçirilən layihələrdən söhbət açdı. Bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd edən qonaq Azərbaycan Sahibkarlar Konfederasiyası ilə yaxından əməkdaşlıq etmək arzusunda olduqlarını dilə gətirdi. Qarşı tərəfi  daha sıx əməkdaşlığa dəvət etdi.

Görüşdə Təbriz  iş adamları ilə azərbaycanlı həmkarları arasında  əməkdaşlığın genişləndirilməsi ilə bağlı müəyyən razılığa gəlinib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment