1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı 2016” mükafatı ilə təltif olunub
26.10.2016

Baki, FinanceTime. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının İdarəedicilər Şurasının Vaşinqtonda illik iclası zamanı GlobalFinance işgüzar nəşrinin təsis etdiyi beynəlxalq “World’sBest Banks” mükafatı laureatlarının təntənəli mükafatlandırma mərasimikeçirilmişdir. WellsFargo, Akbank, Raiffeisen Bank və s. bu kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, əsas əməliyyat ölkəsində ən yaxşı bank adına Azərbaycanın ən iri banklarında biri –  PAŞA Bank layiq görülmüşdür.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu nüfuzlu mükafata layiq görülmək beynəlxalq ekspertlər tərəfindən Bankın nailiyyətlərinin növbəti təsdiqidir.

T.Kazımov çıxışını bu sözlərlə yekunlaşdırıb: “Fəaliyyəti dövründə PAŞA Bank ən yaxşı dünya təcrübələrinə əsaslanmışdır və bu hələ də davam edir. Nəticədə isə Bank hal-hazırda Azərbaycan, Gürcüstan və Türkiyədə öz müştərilərinə ən yüksək səviyyədə geniş xidmətlər spektrini təqdim edir. Bazar şəraitinin dəyişməsinə baxmayaraq, 2016-cı ildə biz həm kredit portfelinin keyfiyyətini yüksək səviyyədə təmin edir, həm də biznesin həcmlərini artırırıq. Bütün bunlar maliyyə institutu kimi həm yerli, həm də beynəlxalq səviyyədə bizə olan etimadınartmasından xəbər verir. Bununla əlaqədar olaraq, müştərilərimizi bu uğur münasibətilə təbrik etmək və Bankın əməkdaşlarına gündəlik fəaliyyətlərində yüksək peşəkarlıq nümayiş etdirdiklərinəgörə minnətdarlığımı bildirmək istəyirəm”.

Qeyd edək ki, GlobalFinance jurnalı 1987-ci ildən dərc olunur və 180 ölkədə yayılır. Jurnalın redaksiyası dünyada baş verən ən mühüm maliyyə hadisələrini təhlil edir, habelə Mərkəzi və Şərqi Avropa, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Afrika və s. bu kimi regionlarda bank tədqiqatları aparır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment