Davamlı inkişaf, rəqabət və xidmətin keyfiyyəti
“AtaHolding” Keyfiyyət şöbəsinin rəisi Elməddin Hüseynovun müsahibəsi
Azad bazar iqtisadiyyatında davamlı inkişafı təmin etmək və rəqabət mühitini yaratmaq üçün keyfiyyət idarəetmə sisteminin səmərələrindən istifadəedilməlidir.
Keyfiyyətin idarəedilməsi sistemi necə qurulur?
Hər bir müəssisənin fəaliyyət göstərməsində maraqlı tərəflər vardır: Müştəri, əməkdaşlar, səhmdar, təchizatçılar vədövlət. Hər bir maraqlı tərəfin isə öz maraq dairəsi var: Müştərilərə ona təqdim edilən məhsulun keyfiyyəti, qiyməti və çatdırılmasına ayrılan zaman, əməkdaşlara əmək haqqının yüksək olması, karyerada inkişaf, imic əldə etmək, səhmdarlara müəssisənin fəaliyyəti üçün ayırdığı kapitalı qısa müddətdə əldə etmək, daha çox gəlir əldə etmək, dövlətə müəssisənin fəaliyyət göstərməklə yeni iş yerlərinin yaranması, dövlət büdcəsinə ödənilən gəlir vergisinin təmin edilməsi, təchizatçılara isə müəssisənin fəaliyyət göstərməklə ondan daha çox xammal materıalın alınması maraqlıdır. Qeyd edilən maraqlı tərəflərdən biri-müştərilərin maraq dairəsini təmin etməklə müəssisə fəaliyyətində maraqlı olan digər tərəflərin maraq dairəsini təmin etmiş oluruq. Müştəri tələbi öyrənilməli,mikro vəmakroiqtisadi amillər qiymətləndirilməlidir. Qiymətləndirmə nəticəsində hədəflər planlanır. Hədəflər planlandıqda, müəssisənin insan resurslarının potensialı barədə məlumatlı olmaq lazımdır.Bu isə əməkdaşların işi ilə tanış olmaqla (onların fəaliyyəti ilə tanışlıq, fəaliyyətin kənardan monitorinqi və fəalliyət üzrə qeydlərə nəzər yetirməklə, təhsili və iş təcrübəsi) mümkündür.Müəssisənin hər bir əməkdaşının buhədəfdə rolu müəyyən edilir. Bundan sonra fəaliyyəti tənzimləyəcək proses və prosedurların (fəaliyyəti tənzimləyən normativ sənədlər) tərtibinə başlanır. Bu arada Amerika və Yaponiya iqtisadiyyıtının inkişafında əhəmiyyətli rolu olan Deminqin sözlərini qeyd etmək istərdim: İnsan gördüyü işi bir proses kimi təsvir edə bilmirsə, o nə etdiyini bilmir.Normativ sənədlər təşkilatın intellektual mülkiyyətidir, əməkdaşların beyin məhsulu desək doğru olar. Tərtib edilən proses və prosedurların tətbiqinin ilkin testi keçirilir və onun fəaliyyətə səmərəli olması qiymətləndirilir. Bu normativ sənədlərin tələblərinin icraçısına təlimlər keçirilir. Normativ sənədlərin tələblərinin icrası onların performans qiymətləndirilməsində nəzərə alınır. İdarəetmə sisteminin effektivliyi təkcə onu tətbiq etməklə tamamlanır, eyni zamanda onu dövrü qiymətləndirmək və təkmilləşdirmək lazımdır. Keyfiyyət idarəetmə sisteminin tətbiqi zamanı İSO 9001 beynəlxalq standartın tələbləri əsas götürülə bilər.
Keyfiyyət xidməti üzrə personal üçün müəyyən siyasət mövcuddurmu?
“AtaHolding” və onun törəmə təsərrüfat Cəmiyyətləriolan“AtaBank” ASC, “AtaSığorta” ASC, “AtaTexnologiya” MMC, “AtaTravel”MMC,“Excelsior Hotel&Spa Baku” otelində keyfiyyət idarəetmə sisteminin qurulmasında zəruri tədbirlər həyata keçirilir. Əməkdaşların fəaliyyətini tənzimləyən proses və prosedurlar vardır. Bu normativ sənədlərin icraçıları isə əməkdaşlardır. Prosedur tələblərinin icrası ilə əməkdaşlar cəmiyyətə bir dəyər gətirmiş olurlar. Əsas məqsəd isə əməkdaşlar tərəfindən prosedur tələblərinin icrasının tənzimlənməsi və bu fəaliyyətin effektivliyinin artırılması istiqamətində tədbirləri planlayıb həyata keçirməkdir. Proses və prosedurlar dövrü olaraq qiymətləndirilməlidir və fəaliyyətə uyğunluğu təmin edilməlidir.Fəaliyyətdə yenilik olduqda prosedurlarda da dəyişiklik edilir və bu dəyişiklər barədə əməkdaşlara təlim keçilir. Cəmiyyətə yeni işçi qəbul edildikdə onlara adaptasiya proqramı üzrə fəaliyyəti zamanı tələb olunan proses və prosedurlar tanış etdirilir və mənimsəmə səviyyəsi qiymətləndirilir.Təcrübədə əməkdaşların normativ sənədlərin tələblərindən yayınma hallarına tez–tez rast gəlinir. Bunun üçün motivasiya və intizam tədbirlərindən istifadə edilməsi səmərəli ola bilər. Zamanla normativ sənədlərlə tənzimlənən fəaliyyətinbir qismi avtomatlaşdırıla bilər.
Əməkdaşların ixtisasının yüksəldilməsi üçün tədris və stimullaşdırma işləri aparılırmı?
Əməkdaşların fəaliyyəti üzrə plan dövrü üçün hədəflər müəyyən edilir və bu hədəflərin icra vəziyyəti qəbul edilmiş qiymətləndirmə sisteminə uyğun qiymətləndirilir. Qiymətləndirmə nəticələrivəcəmiyyətin hədəflərini nəzərə alaraq uyğun bilinən əməkdaşlar iş təcrübəsini artırmaq məqsədilə təlimlərə göndərilir, həmçinin onlara yeni məsuliyyətlər həvalə edilməklə yeni vəzifəyə keçirilir. Bu addımla yuxarıda qeyd etdiyimiz kimi əməkdaşın maraq dairəsinə daxil olan istəklərini və kadr loyallığını təmin etmiş oluruq.