1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber” Bakıda avtomobili öncədən sifarişetmə xidmətini istifadəyə verib
28.09.2016

Baki, FinanceTime. Bu gündən etibarən “Uber” Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetməimkanını yaradan xüsusi funksiyanı tətbiqində istifadəyə verib. Sözügedən funksiyanın MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunması olduqca diqqətə layiqdir. Bu funksiya bütün “uberX” istifadəçiləri üçün keçərlidir.

Artıq “Uber” tətbiqi vasitəsi ilə istənilən məkana gedişi 15 dəqiqədən–30 günədək öncə sifariş etmək mümkündür.Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.

Gedişi əvvəlcədən sifarişetmək üçün tətbiqə daxil olaraq “uberX”i seçmək, avtomobil sifariş olunan və yekun ünvanları qeyd etmək, “gedişi sifariş etmək” düyməsini basmaq, gediş tarixini və zamanını qeyd etmək və sifarişi təsdiqləmək lazımdır.

Sistem sifariş barədə xatırlatmanı və istifadə olunduğu halda dinamik əmsallar haqda məlumatı gediş zamanına 24 saat və 30 dəqiqə qalmış göndərəcək.

«“Uber” Azərbaycanda 2015-ci ilin aprel ayından geniş istifadəçi kütləsiüçün açıqdır. Bu müddət ərzində şəhərin müxtəlif hissələrində geniş istifadəçi və sürücü-partnyor kütləsini yaratmağa bacardıq. Bakıda “Uber” xidməti etibarlıdır: hazırda şəhər daxilində avtomobilin lazımi ünvana çatdırılması orta hesabla 4,5 dəqiqə təşkil edir. Buna baxmayaraq, gedişi öncədən planlaşdırmaq imkanı istifadəçilərdən aldığımız ən yayılmış rəylərdən biridir. Bu gündən etibarən qeyd olunan xidmət tətbiqdə yer alacaq. Hesab edirik ki, gedişi öncədən sifariş etmək imkanı xidmətin rahatlığını artıracaq və istifadəçilərin ehtiyaclarına bir qədər də uyğunlaşdırılacaq”,- deyə “Uber”in MDB regionu üzrə meneceri Aleksey Stax bildirib.

“Uber”i adi gedişlərin sifarişində olduğu kimi öncədən sifarişli gedişlərdən imtina etmək tam pulsuzdur. Avtomobil sifarişə çıxdıqdan 5 dəqiqə sonra imtina prosesi ödənişli olacaq.

Gedişi öncədən sifariş etmək imkanı müəyyən sürücünün seçimini nəzərdə tutmur. Gedişdən bir neçə dəqiqə əvvəl platforma istifadəçiyə ən yaxın məsafədə olan sürücünü aşkar edir və sifariş edilən ünvana göndərir.

Sözügedən xidmətdən yararlanmaq üçün tətbiqin yenilənməsi tələb oluna bilər.

 

 

“Uber” haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment