|
|
|
Banklar | | | AGBank-dan“ Yüksək gəlir” |
28.09.2016 | |
| |
Yeni əmanət növü ilə daha çox qazanmaq imkanı
Baki, FinanceTime. Ölkənin aparıcı banklarından "AGBank”ASC yüksək gəlir əldə etmək və vəsaitlərini etibarlı şəkildə qorumaq istəyən şəxslər üçün yeni əmanət növünü təklif edir. Belə ki, bank “Yüksək gəlir” adlı əmanət növü ilə fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq edir. Yeniəmanət növünün faiz dərəcəsi 18 %-dir vəbank sizə minimum 12 ay, maksimum 24 ay müddətlə 100 AZN başlayaraq istədiyiniz məbləğdə depozit yerləşdirmək imkanı verir. Eyni zamanda müştərinin istəyi ilə əmanət üzrə faizlərin ödənişi üçün pulsuz Maestro (Deposit) kartı və ya əmanətin məbləğindən asılı olaraq pulsuz plastik kart rəsmiləşdirilir.Məlumat üçün bildirək ki, AGBank-a qoyulmuş depozitlər, Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq sığortalanır.Qeyd edək ki, 2016-cı il fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.
|
|
|
|