1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank SIBOS – 2016 Beynəlxalq Sərgisində iştirak edir
27.09.2016

Baki, FinanceTime. Kapital Bank 26-29 sentyabr tarixlərində Cenevrədə keçirilən ənənəvi SIBOS – 2016 Beynəlxalq Sərgisində iştirak edir. Hər il olduğu kimi bu dəfə dəAvropanın ən nüfuzlu sərgisində,dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Mütəxəssislər son illərdə maliyyə sektorunda baş verən dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meylləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanları və digər məsələləri müzakirə edəcəklər.

“Bir neçə gün davam edəcək tədbirdə Amerika, Avropa və Asiyanın iri banklarının nümayəndələri ilə görüşlərimiz oldu. Həmkarlarımızla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment