1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Excelsior Hotel & Spa Baku” otelində HR menecerlərin dəyirmi masası keçiriləcək
27.09.2016

Baki, FinanceTime. 14 oktyabr 2016-cı il tarixində “Excelsior Hotel& Spa Baku” otelində   HR menecerlərin  dəyirmi masası keçiriləcək.  Dəyirmi masada iştirak edən iştirakçılar,  HR mütəxəssislər  müasir dövrdə aktual olan məsələrə toxunacaq və təcrübə mübadiləsi aparacaqlar. Tədbirdə  personalın işə cəlb edilməsi, müasir motivasiya metodları, personal axının qarşısının alınması, inkişafı və dəyərləndirilməsi metodları məsələlərinə toxunulacaq. Dəyirmi masada  “AtaHolding”,  “AtaBank”,  “AtaSığorta”, “Excelsior Hotel & Spa Baku” və  digər iri şirkətlərin HR menecerləri iştirak edəcəklər.
“Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev bu tədbir haqqında qeyd etdi: “Bu dəyirmi masanı keçirməklə, biz müxtəlif səviyyəli HR peşəkarları üçün müzakirə meydanı təşkil etmiş oluruq. Bu cür dəyirmi masalarda müzakirələr və diskussiyalar nəinki təcrübə mübadiləsi, həm də onun iştirakçılarının peşəkarlığının artması üçün həmişə faydalıdır.   Məlum olduğu kimi, kadrların idarə edilməsi sisteminin keyfiyyəti biznesdə uğurun daha mühüm amilinə çevrilir. Çünki effektiv komanda olmadan ən uğurlu bazar strategiyası həyata keçirilə, biznes-proseslərin fasiləsizliyi təmin edilə bilməz”.

“Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment