1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşlarla görüşüb
23.09.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bölgələrdə 40-dan çox belə görüş keçirib.

Sentyabrın 23-də nazir Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Cəbrayıl və Xocavənd rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Biləsuvar rayonundan qəbula yazılan vətəndaşlar müasir informasiya texnologiyalarından istifadə ilə bağlı kitabxana işçiləri üçün təlimlərin keçirilməsi, Tarix-diyarşünaslıq muzeyi üçün muzey əşyalarının alınması, Uşaq incəsənət məktəbinə əyani vəsaitlərin verilməsi, qeyri-hökumət təşkilatları ilə birgə layihələrin keçirilməsi məqsədilə treninqlərin təşkilinə köməklik göstərilməsini xahiş ediblər.

Beyləqan sakinləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş "Mücirəddin Beyləqani dünyası" kitabının əlavə tirajla çap edilməsi, rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının fəaliyyətinin gücləndirilməsi üçün mütəxəssislərin ezam olunması, məcburi köçkünlərin məskunlaşdığı klub müəssisələrinin təmirinə yardım edilməsi barədə müraciətlərini diqqətə çatdırıblar.

Neftçala rayonundan qəbula gələnlərin müraciətləri yerli sənətkarların əl işlərindən ibarət sərgi-müsabiqənin keçirilməsi, Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərinin region məktəbləri ilə əməkdaşlığının gücləndirilməsi barədə olub.

Salyan sakinləri tərəfindən rayon kitabxanalarına multikulturalizmə aid ədəbiyyatın verilməsi, aşıq Pənah Pənahovun ev-muzeyinin yaradılması, "Cəngi" xalq kollektivinin yeni xoreoqrafiya quruluşuna köməklik göstərilməsi, 2012-ci ildə arxeoloji qazıntılar zamanı aşkar olunmuş qədim yaşayış məskəni ərazisində açıq havada muzeyin yaradılması, rayonda müalicə turizm zonasının təşkilinə dair müraciətlər səslənib.

Cəbrayıl rayonundan vətəndaşların xahişi rayon Tarix-diyarşünaslıq muzeyinin fondundakı xalçaların sərgisinin təşkili, Böyük Mərcanlı Uşaq incəsənət məktəbinə zəruri musiqi ədəbiyyatının verilməsi barədə olub.

Xocavənd rayonundan qəbula yazılanlar rayon ərazisindəki Nərgiztəpə arxeoloji abidəsinin mühafizəsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nəzərə çatdırıblar.

Qəbula gəlmiş bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, faydalı təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir sıra məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təkliflərin olduğunu deyib: “Digər qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər. Bütün bunlar yerlərdə mədəniyyət və turizm sahəsində mövcud problemlərin həllinə müsbət təsir edir”.

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını təqdir edib. Bildirib ki, turizm sənayesinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: “Turizm sənayesi Azərbaycanda sürətlə inkişaf edən və iqtisadiyyatın qeyri-neft sektoru sahəsində əsas prioritet istiqamətlərdən biridir. Sentyabrın 1-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam turizm sənayesinin yaxın gələcəkdə inkişaf istiqamətlərini müəyyən edən proqram sənəddir. Hazırda ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də böyük turizm potensialı var. Bu zonada da turizmin inkişafı üçün atılan addımlar davam etdiriləcək".

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment