1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Tələbələr “FINCA Azerbaijan”da təcrübə keçdi
24.08.2016

Baki, Finance Time. Tələbələr “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təşkil olunan yay təcrübə proqramında iştirak edib. Müxtəlif universitetlərdən olan 5 nəfər tələbə Təşkilatın baş ofisində 1 ay müddətinə təcrübə keçərək şirkətin real iş mühiti ilə yaxından tanış olmuş və bir sıra yeni vərdişlərə yiyələnmişdir.

Yay təcrübə proqramının yekunu olaraq tələbələrə tövsiyə məktubları təqdim olunub. “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant təqdimat mərasimində iştirak edərək tələbələrə bu proqrama qoşulduqları üçün təşəkkür etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır.

“FINCA-dakı yay təcrübə proqramı mənim üçün çox faydalı oldu. İlk öncə səmimi mühit, əməkdaşların öz təcrübəsini paylaşmaq həvəsi mənim çox xoşuma gəldi. Nəzəriyyədə öyrəndiyim bir çox şeyləri praktikada görə bildim və bəzi vərdişlərə yiyələndim”, -deyə Təşkilatın Marketinq departamentində təcrübə keçmiş Eltac Həsənova bildirib.

Yay təcrübə proqramı Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində təşkil olunub. Bu layihədə bir sıra bank-maliyyə qurumları iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir. Təlimlərin sonunda keçirilən test imtahanında uğurlu nəticə nümayiş etdirən tələbələr 1 aylıq təcrübə proqramına cəlb olunur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment