1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Bakcell”dən eyni qiymətə iki dəfəyə qədər çox İnternet
22.08.2016

Baki, Finance Time. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet provayderi olan Bakcell şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini-gündəlik 25MB cəmi 0.10 AZN-dən başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.

Abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə Bakcell şirkəti smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini  daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcə artırılıb. Adətən limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0.89 AZN ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər.

“Bakcell ölkənin aparıcı mobil internet provayderidir. Biz daiminternet keyfiyyətini artırır, yeni məhsullar yaradır və qiymət planlarına daha çox dəyər qatır, müştərilərin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. “İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər”, -deyə cənab Fedja Hadziç əlavə edib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti “carrier aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən biridir. Hazırda, yenilənmiş Bakcell şəbəkəsi daha yüksək internet sürətini (225 mbit/s) dəstəkləməyə tam şəkildə hazırdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment