1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşlarla görüşüb
19.08.2016

Baki, Finance Time. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda görüşləri keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da əhali ilə növbəti görüşünü Şəki şəhərində keçirib. Nazir Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Şəki şəhər, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Şəki şəhərindən qəbula yazılan vətəndaşlar tərəfindən yerli əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Abdulxalıq hamamının dam örtüyünün bərpası, rayondakı 2 saylı Uşaq musiqi məktəbinin yeni binasının tikilməsi, kitabxana fondlarının uşaq ədəbiyyatı ilə komplektləşdirilməsinə köməklik göstərilməsi xahiş edilib.

Balakən sakinlərinin müraciətləri qədim musiqi alətimiz olan tamburun yaşadılması məqsədilə tamburçular mərkəzinin yaradılması, Pəri qalasının təmir-bərpa olunması, rayonda turizmin inkişaf etdirilməsi üçün turizm dayanacaq mərkəzinin qurulması barədə olub.

Qax rayonundan qəbula gələnlər rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrında tamaşaların keyfiyyətinin yüksəldilməsi üçün tanınmış rejissorların dəvət olunması, Uşaq incəsənət məktəbində təsviri sənət və rəqs siniflərində şagird qəbulu planının artırılması ilə bağlı xahişlərini diqqətə çatdırıblar.

Oğuz sakinləri tərəfindən Azərbaycan tarixinə, vətənpərvərlik mövzusuna aid mahnılardan ibarət kitabın hazırlanması, rayon Tarix-diyarşünaslıq muzeyinin bədii tərtibatının yenilənməsi, kitabxanalara uşaq ədəbiyyatı və kənd təsərrüfatına dair yeni nəşrlərin verilməsi, Muxas qülləsinin bərpası barədə müraciətlər səslənib.

Bundan əlavə, Zaqatala rayonunda "Gənclərin folklor festivalı"nın keçirilməsi, mədəniyyət müəssisələrinin uşaq filmləri ilə təmin olunması və digər məsələlərə bağlı müraciətlər diqqətə çatdırılıb.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylər ekspozisiyaların yenilənməsi, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı təkliflərin olduğunu deyib: "Əvvəlki qəbullarda olduğu kimi, budəfəki görüşümüz də göstərdi ki, insanlar yerlərdə mədəniyyətin və turizmin inkişafına xüsusi həssaslıqla yanaşır, faydalı təkliflər irəli sürürlər".

Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib. Bildirib ki, turizm sənayesi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir: "Bu gün turizm Azərbaycanda sürətlə inkişaf edir və iqtisadiyyatın qeyri-neft sektoru sırasında əsas prioritet istiqamətlərdən biridir. Ölkəmizdə yeni turizm rekreasiya zonalarının yaradılması istiqamətində də mühüm işlər görülür. Bu il ölkəmizə Rusiya, Qazaxıstan, İran, Körfəz ölkələri və dünyanın müxtəlif ölkələrindən gələn turistlərin sayında xeyli artım müşahidə olunur".

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment