1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətini istifadəyə verdi
19.08.2016

Baki, Finance Time. Bank VTB (Azərbaycan) VTB Online internet bankinq xidmətini uğurla istifadəyə verdi. Artıq yeni xidmət sayəsində müştərilər onlayn rejimdə öz maliyyə vəsaitlərini rahat və operativ idarə edə biləcək. Müasir innovativ texnologiyalardan istifadə sayəsində VTB Onlinexidməti unikal funksiyalara və üstünlüklərə malikdir.

Sadə və intuitiv anlaşılan naviqasiyaya malik VTB Online servisi bütün bank əməliyyatlarını dünyanın istənilən nöqtəsindən 24/7 rejimində ən qısa müddətdə həyata keçirməyə imkan verir. İnternetə çıxış kifayətdir ki, müştərilərbanka gəlmədənVTB (Azərbaycan)-ın məhsul və xidmətlərindən yararlanıb, çoxsaylı bank əməliyyatlarını reallaşdırsınlar. Belə ki, VTB Onlinemüştərilərə depozit hesabı açmağa, kreditlərini, kommunal və mobil rabitə xidmətlərini ödəməyə, həmçinin hesab qalıqlarınıöyrənməyə, ödəmələrinə nəzarət etməyə, çıxarışlar etməyə və hesablar üzrə tranzaksiyaların tarixçəsini saxlamağa imkan verir. VTB Online yüksək dərəcədə təhlükəsizliyi və etibarlılığı ilə fərqlənir.

“Bankımızın əsas məqsədi əminliyi, rahatlığı və zamanı dəyərləndirən müştəriləri üçün effektiv və etibarlı maliyyə yardımçısı olmaqdır. Biz, bankın fərdi və korporativ müştəriləri üçün maksimal dərəcədə sadə, lakin effektiv, bütün bank alətlərini özündə birləşdirən bir xidmət işləyib hazırlamışıq, - deyə, VTB (Azərbaycan)-ın idarə heyətinin sədri YuriYakovlev bildirib. – Biz əminik ki, müştərilərimiz çox qısa zamanda elektron bankçılığınüstünlüklərinidəyərləndirib onun fəal istifadəçilərinə çevriləcəklər”.

VTB Online xidmətinə qoşulmaq üçün müştərilər bankın ofislərinə müraciət etməlidir.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment