1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Kiçik və orta sahibkarlığın inkişafına dair online sorğu keçirilir
16.08.2016

Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlara dair fikirləri öyrənmək üçün online qaydada sorğularını davam etdirir. Bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair keçirilən sorğularda yüzlərlə hüquqi şəxs, fərdi sahibkar və vətəndaş iştirak edib. Sorğu nəticəsində verilən təkliflərin sonradan islahat qərarlarının qəbulu prosesində istifadə edilməsi vətəndaş iştirakçılığının ən yaxşı nümunəsidir. Artıq vətəndaş birbaşa islahat prosesinə töhfə verməklə islahatların daha inklüziv olmasını təmin edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, budəfəki sorğuda "Kiçik və orta sahibkarlığın inkişafı üçün hansı təklifləri verərdiniz?" mövzusuna dair təklif verilməsi xahiş olunur. Mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür: http://iqtisadiislahat.org/online-application.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

www.azertag.com


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment