1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”nin açılış mərasimi keçirilib
21.07.2016

Baki, Finance Time. 2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə “Həmrəylik düşərgəsi” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbir Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov gələn qonaq və iştirakçıları salamlayaraq Lahıcın Azərbaycanın mədəniyyət mərkəzi olduğunu bildirib. İcra başçısı bu layihənin Lahıc qəsəbəsində həyata keçirilməsi üçün ismayıllılılar, xüsusilə də lahıclılar adından təşkilatçılara minnətdarlığını bildirib.

Azərbaycan Respublikasınınm Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Təşkilatının 8 000 gənci ətrafında birləşdirdiyini və bu günə qədər vətənpərvərlik, mədəniyyət, sosial məsuliyyət və digər sahələrdə onlarla layihələri icra etdiyini qeyd edib.  Dövlət Agentliyinin sədri, “Həmrəylik düşərgəsi”ndə könüllülərin sosial məsuliyyətlə yanaşı vətənpərvərlik ruhunda tərbiyə alacaqlarını və bu işdə köməklik göstərən Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Daha sonra Mədəniyyət və Turizm nazirinin birinici müavini Vaqif Əliyev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Ədalət Əliyev çıxış edərək, Azərbaycanda ilk dəfə keçirilən bu layihənin gənclər arasında milli - mədəni irsin, multikultural dəyərlərin qorunması, vətənpərvərlik hissinin aşılanması, onların arasında düşərgə mədəniyyətinin formalaşdırılması, yeni bilik və bacarıqların öyrənilməsində xüsusi yer tutacağını qeyd ediblər.

Sonda layihəyə dəstək olan bütün şirkətlər adından çıxış edən Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev sosial layihələrdə özəl şirkətlərin iştirakının vacibliyini vurğulayıb

Qeyd edək ki, 20-25 iyul tarixində keçiriləcək layihə, ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Dövlət Sərhəd Xidməti, Mədəniyyət və Turizm Nazirliyi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə həyata  keçirilir. Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment