1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclasında təmsil olunur
21.07.2016

Keniyanın Nayrobi şəhərində BMT-nin Ticarət və İnkişaf Konfransının 14-cü iclası öz işinə başlayıb. Forumda ölkəmizi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məsul əməkdaşları təmsil edir.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, iyulun 22-dək davam edəcək konfrans çərçivəsində debatlar və "dəyirmi masa"lar, tematik tədbirlər, Dünya İnvestisiya Forumu, Qlobal Əmtəə Forumu, Gənclər və Vətəndaş Cəmiyyəti forumları və digər tədbirlər təşkil ediləcək.

Dünyada biznes mühitinin, ixrac və investisiyanın qlobal səviyyədə təşviq edilməsi, davamlı inkişafa, tərəqqiyə nail olmaq üçün müvafiq iqtisadi modellərə keçidin təmin olunması kimi mövzuları əhatə edən konfransda bir çox dövlət və hökumət başçıları, nazirlər və biznes cəmiyyətinin nümayəndələri, elm adamları iştirak edir.

Konfrans çərçivəsində təşkil olunan ən mühüm tədbirlərdən biri kimi Dünya İnvestisiya Forumuna dünya liderlərinin iştirak etdiyi Qlobal İnvestisiya Sammiti ilə start verilib. Forumda investisiyanın təşviq edilməsi, sahibkarlığın inkişafı, maliyyə, müxtəlif regionlara investisiyaların cəlb olunması, özəl sektorun inkişafı və digər mövzular müzakirə olunacaq.

www.azertag.com

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment