1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Rusiyanın Forbes.ru saytı yay istirahəti üçün “Şahdağ” Turizm Mərkəzini tövsiyə edir
20.07.2016

Rusiyanın Forbes.ru saytı aktiv yay istirahəti üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən 10 məşhur istirahət mərkəzinin adını açıqlayıb.

Saytda yer alan məlumatda Rusiya vətəndaşlarına xaricdə istirahət üçün bir neçə əlverişli məkan tövsiyə olunub. Bu məkanlar sırasında Azərbaycanın Qusar rayonu ərazisində yerləşən “Şahdağ” Turizm Mərkəzi ilk üçlükdə yer alıb.

Saytda “Şahdağ” kompleksi haqqında ətraflı məlumat da yerləşdirilib. Qeyd olunur ki, turizm mərkəzində zip-line, bob-kartinq azarkeşləri üçün lazım olan hər şey var. Trottinete, dağ velosipedi ilə səyahət turistlərə böyük zövq verəcək. Macəra və adrenalin həvəskarları dağ silsiləsi boyunca istirahət zamanı unudulmaz anlar yaşayacaqlar. Çayda üzmək, serfinq macərası, paraplanla uçuş – burada hərənin öz esktremal arzusunu gerçəkləşdirmək imkanı var.

Bildirilir ki, Bakıdan 230 km məsafədə yerləşən “Şahdağ”da ümumilikdə 61 min rubl xərcləməklə istirahət etmək olar. Bu məbləğə eyni zamanda bir neçə əyləncə də daxildir.

“Şahdağ” Turizm Mərkəzi saytın top onluğunda ilk üçlükdə qərarlaşıb və sıralanma belədir: Krasnaya Polyana (Soçi, Rusiya), Çimbulak (Qazaxıstan), “Şahdağ” (Azərbaycan), Şereqeş (Kemerova vilayəti, Rusiya), Bakuriani (Tbilisi), Bukovel (Ukrayna), İnsbruk (Avstriya), La Molina (İspaniya), Biarriç (Fransa), Enqadin-Sankt-Moriç (İsveçrə).

İstirahət mərkəzlərinin top onluğu ilə daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür (
http://www.forbes.ru/forbeslife-photogallery/324567-ne-vremya-otdykhat-10-populyarnykh-mest-dlya-aktivnogo-letnego-otpusk/photo/3).

Qeyd edək ki, Forbes.ru saytı hotel axtarışı üzrə bələdçi RoomGuru.ru saytı ilə birlikdə ən çox harada daha güclü emosiya hiss etmək və aktiv istirahət üçün əlverişli kurortların siyahısını da təqdim edib. Siyahıda ikinəfərlik aviauçuş, yeddigünlük istirahət və bir neçə əyləncə növünün qiymətləri də göstərilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment