1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan biznesinə kiber təhlükələr iki dəfə artıb
20.07.2016

Baki, Finance Time. Yarım il ərzində Azərbaycanda hər korporativ kompüter orta hesabla 5 zərərverici proqram təminatı tərəfindən hücumuna məruz qalır.  Bu barədə məlumatları “Kaspersky Lab” şirkəti biznesistifadəçilərin 2016-cı ilin ilk altı ayı ərzində qarşılaşdığı təhlükələrə dair daxili statistikadan* əldə edib. Qeyd etmək lazımdır ki, keçən ilin eyni dövrü ərzində bu göstərici iki dəfə az idi.

Təbii ki, kibertəhlükələrin artımı bizneslərə mənfi təsir göstərir. “Kaspersky Lab” tərəfindən keçirilmiş tədqiqat** göstərdi ki, kibercinayətlər nəticəsində dünya üzrə şirkətlərin 48%-i biznes üçün olduqca əhəmiyyətli məlumatları itirib.

Lakin hazırda bizneslər üçün ən böyük təhlükə zərərverici proqram təminatı istifadə olunmadan həyata keçirilə bilən məqsədyönlü hücumlardır. Bu hücumların ənənəvi kiberhücumlardan əsas fərqionların hər şirkət üçün xüsusi hazırlanması və ənənəvi müdafiə vasitələri üçün maksimal dərəcədə görünməz olmasıdır. Belə hücumlar zamanı cinayətkarların adətən əsas məqsədi şirkətin ən qiymətli və məxfi məlumatları olur.

Tədqiqatın nəticələrinə əsasən, şirkətlərin 32%-i hesab edir ki, onların İT-infrastrukturuna məqsədyönlü hücum təşkil olunub. Energetika, inşaat, sənaye, telekommunikasiya, nəqliyyat, müdafiə sənayesi kimi mühüm sektorlarda çalışan şirkətlərin 35%-nin hücumlara məruz qalması faktı mütəxəssislərin xüsusi narahatçılığını doğurur. Bu tipli obyektlərə yönəlmiş hücumlar nəinki şirkətlərin özünə ziyan verir, həmçinin regional və federal infrastrukturun normal fəaliyyətini riskə atır.

“Hər hansı bir kibercinayət biznes üçün neqativ nəticələrgətirir. Bu hal həm reputasiyaya zərər verir, həm də vacib məlumatların itkisi, biznes-proseslərin sıradan çıxması, istehsalın dayandırılmasına səbəb olur. Məqsədyönlü hücumlar nəticəsində isə şirkətlər sənaye kibercasusluğunun qurbanları ola bilərlər və beləliklə, ən qiymətli aktivlərini:əqli mülkiyyət, müasir işləmələr və müqavilələr haqda məlumatları itirə bilərlər. Bundan başqa, şəhərin elektrik enerjisi ilə təmin olunmasının sıradan çıxması kimi bəzi hallarda sənaye obyektlərinə məqsədyönlü hücumlar avadanlığın fiziki zədəsinə gətirib yaxud regionun normal fəaliyyətini riskə atırdı”, - deyərək “Kaspersky Lab”ın antiviruslar üzrə baş mütəxəssisi Aleksandr Qostev qeyd edib.

Biznes üçün mühüm məlumatların itkisini aradan qaldırmaq və kiber təhlükələrlə qarşılaşma riskini azaltmaq üçün “Kaspersky Lab” ölçüsündən və fəaliyyət sektorundan asılı olmayaraq hər şirkətə əməkdaşların iş yerləri və mobil cihazlardan server və məlumat-mərkəzlərinə qədər İT-infrastrukturun bütün düyünlərinin təhlükəsizliyini təmin edəcək kompleks müdafiə həlli istifadə etməyiməsləhət görür. Bununla yanaşı, hazırda şirkətlərə mürəkkəb məqsədyönlü hücumları vaxtında ayırd edəcək ayrı həll gərəkkdir. Məhz bu səbəbdən “Kaspersky Lab” şirkəti infrastruktura yönəlmiş məqsədyönlü hücumları ilkin mərhələlərdə aşkar etməyə kömək edən və cinayətkarlara müqavimət üçün sürətli şəkildə lazımlı tədbirləri görməyə imkan yaradan “Kaspersky Anti Targeted Attack Platform” platformasını hazırlayıb.

* Məlumatlar anonim şəkildə “Kaspersky Lab” məhsulları korporativ istifadəçilərindən “Kaspersky Security Network” bulud müdafiə infrastrukturu vasitəsi ilə alınıb.

** Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə “B2B International” şirkəti tərəfindən 2015-ci ildə həyata keçirilib. Sorğuda dünyanın 26 ölkəsindən İT və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment