1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Daha 30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazandı
19.07.2016

Baki, Finance Time. Azercell Telekom-un tələbələr üçün elan etdiyi “Yay Təcrübə Proqramı-2016”-a qəbul və seçimlər artıq başa çatdı. Aparılan seçimlər nəticəsində 30 nəfər məzun və tələbə bu yay Azercell-in təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Əsasən Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti tələbələrinin yer aldığı “Yay Təcrübə Proqramı”telekommunikasiya sahəsinin lideri olan Azercell-də təcrübə keçmək imkanı qazandıraraq universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradır."Yay Təcrübə Proqramı" çərçivəsində mərhələlərlə seçilən gənclər 2 ay müddətində şirkətdə işləyib təcrübə qazanmaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrdə iştirak edirlər. Bu proqram gənclərin gələcək karyera inkişafına da yardımçı olur.Məlumat üçün bildirək ki, 16-25 may tarixlərində keçirilən seçimlərin ilk mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarət olub. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar  isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiliblər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar  akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində fərqləniblər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olub.

Sentyabrda başa çatacaq təcrübə proqramının sonunda gənclərə Azercell tərəfindən sertifikatlar təqdim olunacaq.Onu da bildirək ki, indiyə qədər 103 tələbə Azercellin “Yay Təcrübə Proqramı” çərçivəsində şirkətdə təcrübə keçmək imkanı qazanıb.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda yardımçı olur.



     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment