1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi” başlayır
19.07.2016

Baki, Finance Time. 2016-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibəti ilə keçirilən silsiləvi tədbirlərə töhfə vermək məqsədi ilə  ASAN Könüllüləri Təşkilatı tərəfindən “Həmrəylik düşərgəsi” layihəsi həyata keçirilir.   

ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT–nin Əhali Fondunun təşkilati dəstəyi ilə 20-25 iyul tarixlərində Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsində bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində 6 gün müddətində hərbi qaydalar üzrə yaşayış tərzi, vətənpərvərlik ruhunda səhər yürüşü-idmanı və səhər yeməyi planlaşdırılır.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları düşərgənin açılış tədbirini təntənəli şəkildə həyata keçirəcəklər. Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək və düşərgə açıq elan ediləcək.

Düşərgənin açılış mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, eyni zamanda “Həmrəylik Düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından Azercellin prezidenti Vahid Mürsəliyev çıxış edəcəkdir.   

Layihə müddətində bir-birindən maraqlı tədbirlər, təlimlər keçiriləcək və müxtəlif turlar təşkil olunacaqdır. Düşərgə zamanı həmçinin, dövlət rəsmilərinin və Milli Məclisin deputatlarının iştirakçılar ilə görüşü nəzərdə tutulub. Qeyd edək ki, “Həmrəylik Düşərgəsi”nin keçiriləcəyi Lahıc qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidməti tərəfindən çadırlar və yeməkxanalar ən yüksək standartlara cavab verən səviyyədə qurulub.

 

Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə dəstək veriblər :

PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, Vertical Group, ALT Group, SHARP, AZ CAKE, Səba, P&G, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrup.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment