1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Dünya mediası “ASAN xidmət indeksin”dən yazdı
29.06.2016

Baki, Finance Time. Dünyanın nüfuzlu xəbər agentlikləri, o cümlədən NBC Right Now, FOX TV, Herald News, New York Business Journals, Daily Times, Daily News, The Sun, Yahoo News Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 9 iyun tarixli Fərmanı ilə qəbul edilən “ASAN xidmət indeksi” barədə geniş məlumat dərc ediblər. Məqalənin hədəflədiyi oxucu sayı isə 90 milyondan çoxdur.

Məqalədə qeyd olunur ki, dövlət xidmətlərinin göstərilməsi keyfiyyətinin obyektiv meyarlar əsasında qiymətləndirilməsi onların keyfiyyətinin artırılması və inkişafı üçün vacib mexanizmlərdən biri hesab edilir. Bu ayın əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi keyfiyyətini müəyyən edəcək “ASAN xidmət indeksi”nin yaranması ilə bağlı Fərman imzalayıb. Bu indeks “ASAN xidmət” standartları əsasında hazırlanıb. Qeyd edək ki, “ASAN xidmət” Azərbaycanın brendi olaraq tanınan və vahid məkan prinsipi əsasında dövlət xidmətlərini göstərən xidmət mərkəzləridir.

“ASAN xidmət” fəaliyyətə başladığı gündən vətəndaşın məmnunluq əmsalı daima yüksək səviyyədə qalır və xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir. Həmçinin “ASAN xidmət” dünyada dövlət xidmətlərinin göstərilməsi üzrə BMT-nin ən nüfuzlu mükafatına, “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Məqalədə bildirilir ki, “ASAN xidmət indeksi”ni təşkil edən parametrlərə xidmət barədə məlumatlandırma, xidmətə müraciət imkanları, xidmətin göstərilmə müddəti, xidmətin təşkilində istifadə edilən informasiya ehtiyatlarının elektronlaşdırılması və digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyası, xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçirilməsi, şikayət və nəzarət mexanizmləri, vətəndaş məmnunluğunun ölçülməsi mexanizmləri daxildir. “ASAN xidmət indeksi”nin əhəmiyyətini başa düşmək üçün, qiymətləndirmə indikatorlardan bəziləri barədə izah vermək vacibdir.

Dövlət xidmətləri üçün müxtəlif müraciət imkanlarının çoxluğunun vətəndaşların rahatlığını təmin etdiyi, bununla da xidmət göstərənlər arasında rəqabətin yarandığı və bunun da onları ən yaxşı standartlara cavab verməyə təşviq etdiyi məqalədə qeyd olunur.

Həmçinin vurğulanır ki, inkişaf etməkdə olan dövlətlərdə olan problemlərdən biri də odur ki, xidməti həyata keçirənlərin informasiya sistemləri elektron deyil, elektron olduğu halda isə onların elektron sistemi digər dövlət orqanlarının informasiya sistemi ilə inteqrasiya olunmayıb. Bu qiymətləndirmə meyarı dövlət orqanlarını vahid elektron çərçivədə kağız əsaslı xidmətdən elektron xidmətə tam keçidə sövq edəcəkdir. “ASAN xidmət indeksi” həmçinin dövlət orqanlarının vətəndaşlara göstərdikləri xidməti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində göstərə bilməsi imkanını qiymətləndirəcək. Bu çox vacib elementdir ki, vətəndaşlar və sahibkarlar dövlət xidmətləri üçün uzun müddət gözləmək istəmirlər, çünki vaxt müştəri perspektivindən pul deməkdir.

“ASAN xidmət indeksi” qərar qəbul edən şəxslərə dövlət xidmətlərinin göstərilməsində olan çatışmazlıqları müəyyən etməyə kömək edəcək və onları bu sahədə səmərəliliyin artırılması üçün bir sıra tədbirlərin görülməsinə sövq edəcəkdir.

Sonda qeyd olunur ki, “ASAN xidmət indeksi” obyektiv parametrlər əsasında olan ilk qiymətləndirmə indeksi olacaq, hansı ki, dövlət xidmətlərinin göstərilməsinə innovasiyalar gətirəcək və vətəndaşların həyatına, biznes mühitinə müsbət formada təsir edəcəkdir.

1. Yahoo News

http://finance.yahoo.com/news/asan-index-measure-quality-public-162500897.html - 

 

2. Yahoo News Singapore

https://sg.finance.yahoo.com/news/asan-index-measure-quality-public-162500897.html - 

 

3. New York Business Journal

http://www.bizjournals.com/newyork/prnewswire/press_releases/Georgia/2016/06/28/NY35211?ana=prnews - 

 

4. FOX TV

http://www.fox19.com/story/32326426/asan-service-index-will-measure-quality-of-public-service-delivery 

 

5. NBC Right Now

http://www.nbcrightnow.com/story/32326531/asan-service-index-will-measure-quality-of-public-service-delivery - 

 

6. Miami Herald

http://markets.financialcontent.com/mi.miamiherald/news/read/32379244/asan-service-index-will-measure-quality-of-public-service-delivery

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment