1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azər Türk Bank ASAN könüllülərinə sertifikatlar təqdim etdi
24.06.2016

Baki, Finance Time. Azər Türk Bank Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş 1 aylıq təlimlərdə iştirak etmiş könüllülərə sertifikatlar təqdim olunub. Layihə "ASAN School" könüllülük proqramının “Master 2” pilləsinin biznes menecment istiqaməti üzrə reallaşdırılıb. Təlimlərin keçirilməsində məqsəd əhalinin maliyyə savadlılığının artırılmasına dəstək vermək, gənclərin şəxsi inkişafını təmin etmək və onların gələcək fəaliyyətləri üçün stimul yaratmaq olub. Aprel ayında start verilmiş təlimlər zamanı Azər Türk Bankın əməkdaşları könüllülərin iqtisadiyyat, maliyyə, bank sektoru ilə bağlı biliklərinin artırılmasına kömək göstərib, onları maraqlandıran sualları cavablandırıblar. Təlimləri uğurlu nəticələrlə başa vurmuş gənclər Azər Türk Bankın təcrübə proqramına cəlb olunublar.

Qeyd edək ki, təlimlərin il ərzində hər rübdə bir dəfə olmaqla müntəzəm şəkildə təşkil olunması nəzərdə tutulub.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatlarıwww.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment