1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Gəncə şəhərində Fermerlər üçün təlim keçirilib
24.06.2016

Baki, Finance Time. 23 iyun 2016-ci il tarixdə Gəncə şəhərində  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə  “Aqrar sahədə yeni yanaşmalar vasitəsilə effektivliyin artırılmasına yardım” mövzusunda fermerlər üçün təlim keçirilib. Təlimdə  maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara geniş və müfəssəl məlumat verilib.Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri və 55-dən çox fermer iştirak ediblər.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə  şəhəri üzrə nümayəndəsi Afina Babayeva  və ASK-nın Baş hüquqşünası Xəqan Hümmətzadə çıxış edərək Azərbaycan Sahibkarlar Konfederasiyası və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası davamlı olaraq öz məqsədləri istiqamətində bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də “Aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə maliyyə, sığorta, İKT və kooperativlər mövzusunda təlimlərin keçirilməsi” layihəsidir ki, bu layihə çərçivəsində ilk tədbirimizi Gəncə şəhərində təşkil edirik. Qeyd olunub ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Layihənin əsas məqsədi  kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə  təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir. Layihədə  4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılmış və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilmişdir.

AMFA-nın İdarə Heyətinin Sədri, ekspert Süleyman Kələşov Azərbaycanda Kənd təsərrüfatının mövcud vəziyyəti, sahənin gələcək inkişaf perspektivləri , fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, kənd təsərrüfatına, eləcə də fermerlərə və sahibkarlara Dövlət dəstəyinin genişləndirilməsi, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadə edilməsinin təşkili barədə fermerlərin maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, habelə kənd təsərrüfatında yaranan risklər və onların ölçülməsi, kənd təsərrüfatı məhsullarının sığortalanması məsələlərinin, həmçinin sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyyələrinin öyrənilməsi ilə bağlı çıxış etmişdir.

Qeyd edək ki, tədbir iki gün davam edib.

Tədbirin ikinci günü Gəncə Aqro Biznes Assosiasiyasının əməkdaşı Yalçın Nəsibov  kənd təsərrüfatı kooperasiyalarının yaradılması, aqrar sahədə ixracın təşkili mövzularında təqdimatla çıxış edib.

Tədbirdə maraqlı  müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment