1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bakıda "Kənd təsərrüfatına strateji baxış" mövzusunda konfrans keçirilib
24.06.2016

Baki, Finance Time. Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisinin xidməti, ADA Universitetinin birgə təşkilatçılığı və “KPMG Azerbaijan” şirkətinin dəstəyilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin ictimai müzakirəsi çərçivəsində Bakıda “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Tədbirin başlıca məqsədi iqtisadiyyatın strateji yol xəritəsi çərçivəsində kənd təsərrüfatına strateji baxışların, o cümlədən rəqabətlilik, ərzaq təhlükəsizliyi, sosial aspektlərin (məşğulluq, regionların inkişafı və s.) dövlət, özəl sektornümayəndələrinin və elmi işçilərin iştirakı iləüçtərəfli müzakirəsi olub.

Konfransda çıxış edən ADA Universitetinin rektoru, Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev sözügedən müzakirələrin əhəmiyyətini vurğulayıb və bildirib ki, cari ilinmartın 16-daPrezident İlham Əliyevin əmri ilə təsdiqlənmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə əsasən, kənd təsərrüfatı dayanıqlı inkişafa və əhalinin rifahının yüksəldilməsinə nail olmaq üçün milli iqtisadiyyatın prioritet sahələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidmətinin Kənd təsərrüfatı və sənaye məsələləri departamentinin Aqrar məsələlər bölməsinin rəhbəri Elxan Mikayılov tədbirin əhəmiyyətini vurğulayaraq iştirakçıları inkişaf planının 6 ay ərzində həyata keçirilməsi üçün yaradılmış işçi qrupun hədəfləri və fəaliyyəti barədə məlumatlandırıb. Onun sözlərinə görə, 2050-ci ilədək Azərbaycanda əhalinin sayının 12,1 mln. nəfərə çatması gözlənilir ki, bu da gələcəkdə ölkənin ərzaq tələbatını artıracaq. Beləliklə kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyini təmin etmək üçün zəruri amilə çevrilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı kənd təsərrüfatı sahəsində aparılan islahatları yüksək qiymətləndirib və söyləyib ki, qeyd olunan zaman çərçivəsində adambaşına düşən gündəlik kilokalori 2800-dən 3 050-dək artacaq. Bu o deməkdir ki, Azərbaycanda 2050-ci ilə ərzaq tələbatı 70% genişlənəcək.

Tədbirdə çıxış edən “AmCham”ınicraçı direktoru Natəvan Məmmədova konfrans iştirakçılarına təşəkkürünübildirib və qeyd edib ki, biznes cəmiyyəti və elm xadimlərinin fəal iştirakı ilə bu cür üçtərəfli formatda müzakirələrin bütün maraqlı tərəflərin gözləntilərinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. N.Məmmədova “AmCham”ın ölkədə həyata keçirilən islahatlara dəstəyini və səmərəli əməkdaşlıq üzrə öhdəliyini bir daha vurğulayıb.

KPMG şirkətinin Rusiya və MDB ölkələri üzrə Maliyyə xidmətləri sahəsinin rəhbəri vətərəfdaşı Vüqar Əliyev kənd təsərrüfatı üzrə əlverişli vergi rejimi və inkişaf üçün yaxşı imkanlar yaradan investisiyanın təşviqi haqqında son qanun barədə iştirakçılara məlumat verib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə, KPMG-nin MDB ölkələrində Kənd təsərrüfatı sektorunun rəhbəri və tərəfdaşı Vitali Şeremet, Frankfurt Maliyyə və Menecment Məktəbinin nümayəndəsi Kristof Kordonyer, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi və FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və digər iştirakçılar kənd təsərrüfatı sahəsinə dair təqdimatlarla çıxış ediblər.

 

 

“AmCham” haqqında:

“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment