1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Park Cinema İMAX-da “MÜSTƏQİLLİK GÜNÜ: DİRÇƏLİŞ” fəlakət filminin ictimai nümayişi keçirilib
23.06.2016

Baki, Finance Time. İyunun 22-də Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers-də yerləşən  kinoteatrının İMAX zalında Gazelli Group-un sponsorluğu ilə “Müstəqillik günü: Dirçəliş” fəlakət filminin ictimaiyyət nümayəndələri üçün nümayişi keçirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin ənənə halı alan və kinohəvəskarlarının rəğbətini qazanmış bu cür nümayişlərində hər dəfə olduğu kimi KİV nümayəndələri, xalq artisti Faiq Ağayev, şairə Nərminə Məmmədzadə, tanınmış rejisser Şamil Quliyev,  aktyorlar, mədəniyyət və incəsənət xadimləri, bloqerlər iştirak ediblər.

“1996-cı il müharibəsi” kimi məlum olan hadisələrin nəticəsində Yerin sakinlərinin təqribən yarısı məhv edilmişdi. Bəşəriyyət heç vaxt tam məhv olmağa bu qədər yaxın olmamışdı. Yadplanetlilərin hücumundan sağ çıxmış insanlar Yerdə həyatı yenidən dirçəltmək üçün həlak olanları heç vaxt unutmayacaq və daim xatırlayacaqlar ki, bizim gücümüz birliyimizdədir.

Bəşəriyyətin tam məhv olunması təhlükəsinin gözlənilməz, lakin əlverişli effekti olmuşdu: yüzilliklər boyu davam edən münaqişələr və siyasi etibarsızlıq öz yerini dünyanın bütün xalqlarının görünməmiş əməkdaşlığına vermişdi.

1996-cı il müharibəsindən sonra yadplanetlilərin texnologiyalarını istifadə edən xalqlar birləşərək iyirmi il ərzində planeti yenidən qururdular və Yeri yad planetlərdən olan təcavüzkarlardan qorumaq üçün misli görünməmiş müdafiə proqramı yaradırdılar. Yerin Müdafiəsi Proqramı (YMP) erkən xəbərdarlıq sistemi və vahid qlobal müdafiə vasitəsi kimi çıxış edirdi.

Lakin bu kifayətdirmi? Axı yadplanetlilər də yeni hücuma hazırlaşırdılar...

Filmdə Liam Xemsvort (Ceyk Morrison), Ceff Qoldblüm (Devid Levinson), Bill Pullman (Prezident Uitmor), Mayka Monro (Patrisiya Uitmor), Şarlotta Qensbur (d-r Ketrin Marso) və başqaları çəkiliblər. Filmin rejissoru Roland Emmerix, ssenari müəllifi və prodüseri Din Devlindir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment