1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Uber”Bakıda ailə hesablarını istifadəyə verir
22.06.2016

İstifadəçilər qohum, dost və tanışlarını öz hesablarına əlavə edə biləcək

Baki, Finance Time. Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıdaailə hesablarını istifadəyə verib. Artıq hər kəs öz “Uber” hesabına ailə üzvlərini və dostlarını əlavə edə biləcək.

Sözügedən yenilik ailələrə büdcə xərclərinin hesablanmasını daha asan edəcək. Belə ki, hesaba əlavə olunan ailə üzvləri və ya dostların gediş haqqı əsas hesabın kartından çıxılacaq. Gedişin sonunda həm kart sahibi, həm də “Uber”inailə hesabından istifadə edən ailə üzvü qət olunan marşrutu, gediş haqqı və sürücü barədə ətraflı məlumatı alacaqlar.

Bundan başqa, yeni ailə hesabları “Uber”də gedişi bir qədər də təhlükəsiz edəcək.Hər dəfə ailə üzvləri “Uber”dən sifariş və ya istifadə etdiyi kimi kart sahibi gediş barədə bütün məlumatı dərhal telefonuna alacaq,Bununla yanaşı, o, həmçinin dost və ya yaxınlarının “Uber”ləmarşrut üzrə hərəkətini öz telefonu vasitəsilə daim izləyə bilər.

Ailə hesabını yaratmaq üçün lazımi addımlar:

- tətbiqin “Ayarlama” bölməsində müvafiq seçimiaktiv etmək (“Ailə hesabını əlavə etmək” bölməsini seçmək);

- ailə üzvlərini və ya dostları dəvət etmək (“Ailə üzvünü əlavə etmək” bölməsi): telefonun əlaqə nömrələri siyahısından müvafiq insanı seçmək;

- ailə üzvləri ailə hesabına əlavə olunmağa dair dəvət alacaqlar ki, sözügedən dəvət qəbul olunmalıdır;

- ailə hesabının sazlanması zamanı gediş haqqını ödəyəcək kartı seçmək mümkündür.

Gediş haqqı avtomatik olaraq nağdsız ödəmiş vasitəsilə həyata keçiriləcək: vəsait əsas hesaba bağlanan kartdan çıxılacaq. Ailə hesabıquraşdırılan zaman istifadəçinin kartından 7 AZN çıxılacaq ki, bu da kartın mövcudluğunu yoxlamaq üçün tələb olunur. Hesab qeydə alındıqdan dərhal sonra həmin ödənilən məbləğ yenidən karta oturulacaq.

Ailə hesabına 10 nəfərədək insanı əlavə etmək mümkündür.

Ailə hesabları həmçinin ölkə xaricində də gedişlər üçün əlçatan olacaq: əsas hesabın sahibi yaxınlarının Azərbaycandan kənarda marşrut üzrə hərəkəti barədə məlumatı alacaq.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.

 

 

“Uber” şirkəti haqqında:

“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.comveb-səhifəsindən əldə etmək mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment