1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


WoWoman: Tech-Tech Xanim İT Yay Məktəbinə başlayır
09.06.2016

Baki, Finance Time. İyul və avqust aylarında xanımların İT üzrə bilik və bacarıqlarını artıra biləcəyi Tech-Tech Xanım Yay Məktəbi fəaliyyət göstərəck. Belə ki, 3 həftəlik intensiv kursa iki ayrı qrup üzrə artıq seçim mərhələsinə start verilmişdir. İlk qrup 10-16 yaşlı qızlar üçün, digər qrup isə yaşından və təcrübəsindən asılı olmayaraq, bu sahəyə marağı olan bütün qadınlar üçündür.

Əgər siz də dünyada sürətlə inkişaf edən sahənin bir hissəsi olmaq, 21-ci əsrdə ən çox işçi tələb olunan sektorda karyera qurmaq, digər qızlarla birlikdə İT bilik və bacarıqlarınızı artırmaq, stereotipləri qırmaq, özünəinamı artırmaq və arzularınıza çatmaq istəyirsinizsə, Yay Məktəbinə qoşulun!

Kurs ərzində xanımlar proqramlaşdırmanın əsasları, texnoloji anlayışlar, verilənlər bazası, şəbəkə texnologiyaları, mobil tətbiqlərin yaradılması , layihə üzərində işləməyi öyrənəcəklər. Bütün zamanlarda sizin edə biləcəyiniz ən yaxşı töhfə məhz özünüzə, sizin inkişaf və təhsilinizə olan töhfədir, əziz xanımlar.
İçştirak etmək üçün müvafiq formanı doldurmaq lazımdır:
• 10-16 yaşlı şagirdlər üçün: 
http://goo.gl/forms/0wICqP8Sn7zR7zLB2
• tələbələr və məzunlar üçün: 
http://goo.gl/forms/1KBYvEwENQpWDmjx2

Təlimçi:Günay Kazımzadə
- Britaniya məktəbində İKT İnstruktor
- Xəzər Universiteti, Riyaziyyat üzrə Lektor
- Tech Tech Xanim Layihəsinin Meneceri
(Daha ətraflı 
https://www.linkedin.com/in/gunaykazimzade)

Zaman:
• 10-16 yaşlı şagirdlər üçün: Həftə içi hər gün 10:30-13:00 
• tələbələr və məzunlar üçün: Həftə içi hər gün 17:30-20:00
Başlama tarixi və müddəti: 4 İyul- 22 Iyul və ya 1 Avqust – 19 Avgust

Qeyd edək ki, WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, "qeyri-mümkün" arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. Tech-Tech Xanim isə İT elmini xanımlar arasında təbliğ etmək və bu sahədə xanım mütəxəssislərin sayını artırmaq məqsədilə yaradılan layihədir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment