1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbank ASC növbəti dəfə nüfuzlu mükafatla təltif olundu
27.05.2016

Baki, Finance Time.  Avropa Yenidənqurma və İnkişaf Bankının (“AYİB”) Azərbaycanda 2015-cü ildəki fəaliyyətinə dair hesabatına əsasən “Muğanbank” ASC ardıcıl olaraq üç ildir ki, ticarətə yardım sahəsindəki nailiyyətlərinə görə AYİB-in Azərbaycanda Ən Fəal Emitent Bank mükafatına layiq görülür. Mükafat AYİB-in 11-12 may 2016-ci il tarixlərində London şəhərində keçirilmiş İllik Yığıncağı və Biznes Forumu çərçivəsində baş tutmuş təntənəli mərasimdə AYİB-in Maliyyə İnstitutları üzrə direktoru NikTesseyman tərəfindən “Muğanbank” ASC-nin İdarə Heyətinin Sədri Elmir Həsənova təqdim olunmuşdur.

“AYİB-ə bankımıza göstərdikləri etimad və diqqətə görə təşəkkürümüzü bildiririk. 10 il ərzində məhsuldar əməkdaşlığımız sayəsində biz Azərbaycanın maliyyə xidmətləri bazarında həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etmişik. Bu müddət ərzində qarşılıqlı faydalı əməkdaşlıq bankımızın inkişaf tempini sürətləndirmişdir. AYİB kimi tərəfdaşımızın olmasından qurur duyur və əminliklə bildiririk ki, əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcəkdir.” –deyə Elmir Həsənov qeyd etmişdir.

Əməkdaşlığın ilk günlərindən AYİB  bir sıra təlim və seminarları vasitəsilə bankda biznes-proseslərin qurulmasında, əməkdaşların texniki biliklərinin artırılmasında öz köməyini əsirgəməmişdir. Bütün bu addımlar dəyərli töhfə olmaqla tərəflər arasında gələcək uğurlu əməkdaşlığın təminatıdır.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 8 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusinessCapital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Greenfor Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment