1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Respublika Gününə həsr edilmiş Nə? Harada? Nə zaman? oyunu keçirilib
27.05.2016

Baki, Finance Time. Mayın 26-da   “AtaHolding”  Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr edilmiş  Nə? Harada? Nə zaman?   oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İntellektual  yarışda  “AtaHolding” , “AtaBank” ,  “AtaSığorta” , “Excelsior Hotel Baku”,  “AtaTexnologiya”, “VTB Bank Azərbaycan”  komandaları iştirak ediblər.

Oyun  “AtaBank”, “AtaSığorta”  “Excelsior Hotel Baku”-nun dəstəyi ilə,  “AtaHolding” və  Game TV –nin  təşkilatçılığı ilə keçirilib. Hər birində 6 iştirakçı olan  komandalar müxtəlif mövzularda sualları  cavablandırmağa çalışıb. 

Birinci yeri  “VTB Bank Azərbaycan”, ikinci yeri “AtaTexnologiya”, üçüncü yeri  isə “AtaBank”  komandaları tutublar.

Kommunikasiya şöbəsinin rəisi  Dilara Zamanova tərbirlə bağlı bildirdi ki, 28 May Respublika günü hər il “AtaHolding”  Şirkətlər Qrupunun əməkdaşları tərəfindən ənəvi turnir keçirməklə qeyd olunur.

 Birinci yeri qazanmış “VTB Bank Azərbaycan” –nın əməkdaşı Elmar İbrahimov oyun barədə  təssüratlarını bölüşərək  4 ildir ki, oyunda iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, bu onların sayca ikinci qalibiyyətləridir: “ Ümumiyyətlə, biz tez-tez bu cür oyunlarda iştirak edirik. Çətin suallar var idi, amma öhdəsindən gələ bildik. Rəqib komandalar  da heç də zəif deyildi, “AtaTexnologiya” bir xal fərqi ilə uduzdu”.

 “AtaTexnologiya” komandasının kapitanı Cahangir Qənizadə isə deyib ki, bizim komanda əzmkarlıqla  ikinci yeri qazanıb, qızğın mübarizə gedirdi: “Rəqib həqiqətən güclü idi. Bu il ikinci yerlə kifayətlənəcəyik, amma növbəti ildə birinci yeri əldə etmək üçün çalışacayıq. “AtaTexnologiya” nın əməkdaşları hər il bu oyunda iştirak edir”.

Üçüncü yeri qazanmış “AtaBank” komandasının kapitanı  Fərid Paşayev oyunda ilk dəfə iştirak etdiyini  və yüksək səviyyəli təşkil edildiyini bildirib.  F.Paşayev  qeyd edib ki, növbəti ildə “AtaBank” komandasının birinci yeri qazanmasını  ümid  edir.  “Game TV” nin  əməkdaşı Vüqar  Dadaşov  oyunun böyük ruh yüksəkliyi ilə keçdiyini vurğulayıb. O, “Game TV” nin fəaliyyəti barədə danışıb: “ Biz intellektual oyunlar və  “Nə, harda, Nə zaman”, "Breyn-rinq",  “61”, “Əlaçı” televizya layihələri  təşkil edirik.  “AtaHolding”lə daima bu cür oyunlar  keçirtmişik və hər zaman yüksək səviyyədə keçib. Son anadək qızğın mübarizə getdi”.

Qeyd edək ki, sonda qalib komandalara sertifikatlar,“AtaBank”  ASC və  “AtaSığorta”  ASC-dən  hədiyyələr təqdim edilib. Musiqi fasiləsində  “Excelsior Hotel  Baku”  otelinin HR meneceri Kamran Rzayev  “My Way” mahnısını  və müğənni Rəşad İsmayıl “Azərbaycan”   mahnılar  ifa ediblər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment