1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Sabah Bakıda“Coca-Cola Məktəbli Kuboku” irimiqyaslı futbol turnirininən güclü komandası müəyyənləşəcək
25.05.2016

Baki, Finance Time. Mayın 26-da Bakıda məktəblilər arasında keçirilən ən irimiqyaslı futbol turniri olan “Coca-Cola Məktəbli Kuboku” yarışının final qaşılaşması keçiriləcək. Qeyd etmək lazımdır ki, "Coca-Cola" şirkəti, AFFA və Azərbaycanın Təhsil Nazirliyi artıq 5 ildir şagirdlər arasında "Coca-Cola Məktəbli Kuboku" futbol turnirini təşkil edirlər.

“Coca-Cola Məktəbli Kuboku”nun son final mərhələsində finala vəsiqə qazanmaq uğrunda 14 region və 2 Bakı komandası mübarizə aparıb. Nəticədə turnirin əsas mükafatı uğrunda yarımfinalda oyun sonrası penaltilər seriyasında Sumqayıt komandasını məğlub edən Mingəçevirin 10 saylı və digər yarımfinalda Saatlı komandası üzərində qələbə qazanan Ağstafanın 2 saylı orta məktəblərinin komandaları güclərini sınayacaq. Final oyunu mayın 26-da saat 13:00-da “ABU Arena” idman kompleksində keçiriləcək. Bu oyunu izləyənlər sırasına AFFA, Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinin nümayəndələri, “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov, həmçinin futbol üzrə Azərbaycan milli yığma komandasının üzvləri də qatılacaq. Qeyd edək ki, final qarşılaşması “CBC Sport”telekanalı ilə canlı yayımlanacaq.

VII və IX siniflər arasında keçirilən bu turnirdə hər il təxminən 200 min məktəbli iştirak edir. Ümumilikdə, 5 il ərzində yarışda iştirak edənlərin sayı 1 milyondan artıq olub ki, bu da gənclər arasında fəal və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.

Təqdirə layiqdir ki, IX siniflər arasında keçirilən "Coca-Cola Məktəbli Kuboku" 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı məktəbinin komandası mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq "EURO FOOT Jeunes" məktəblilər arasında Avropa Çempionatında Azərbaycanı təmsil edəcək.

Uzun illər ərzində Olimpiya Oyunları, FİFA Dünya Çempionatı və UEFA Avropa Çempionatı kimi qlobal yarışların əsas dəstəkçisi qismində çıxış edən "Coca-Cola" şirkəti Azərbaycanda keçirilmiş futbol üzrə 17 yaşadək gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşı qismində çıxış edib.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir.  “Coca-Cola Məktəbli Kuboku” futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır.

 

“Coca Cola” şirkəti haqqında:

“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment