1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


PAŞA Bank Moody's agentliyinin keçirdiyi konfransda iştirak etdi
25.05.2016

Baki, Finance Time. 24 may tarixində Bakıda Moody's agentliyinin ölkədə və regionda aktual kredit risklərinin müzakirəsinə həsr olunmuş illik konfransı keçirildi. Tədbirdə Dünya Bankının, bank və sığorta sektorlarının, investisiya idarəçiliyi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri, həmçinin müstəqil məsləhətçilər iştirak etdi. Həmçinin konfransın spikeri qismində PAŞA Bankın Risklərin İdarəedilməsi üzrə Baş Direktoru Mənsur Məmmədov çıxış etdi.

Tədbirdə Moody's agentliyinin ekspertləri makro-iqtisadi şəraitə, həmçinin son zamanlar Azərbaycan və region iqtisadiyyatında baş vermiş dəyişikliklərə həsr olunmuş təqdimatlarla çıxış etdilər. Maliyyə sektoruna bu və ya digər qaydada təsir göstərmiş tendensiyaları qiymətləndirməklə, agentliyin analitikləri konfransın iştirakçıları ilə maliyyələşdirmə mənbələrinin müxtəlifliyi, MDB ölkələri üçün valyuta risklərinin aktuallığı və digər mövzuları müzakirə etdilər.

Konfrans çərçivəsində həmçinin dünya neft bazarında dəyişkənlik və aşağı qiymətlərin Azərbaycanın biznes iqliminə və bank sektorunun inkişafına təsiri məsələlərinə həsr edilmiş ayrıca müzakirələr paneli keçirilmişdir. Konfrans iştirakçıları qarşısında çıxış edən Mənsur Məmmədov iştirakçıların diqqətinə hökumətin həyata keçirdiyi bir sıra iqtisadi təşəbbüslərin artıq ölkənin işgüzar iqliminə və, ümumiyyətlə, iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini çatdırmışdır.

“Hazırkı makro-iqtisadi şərait iqtisadiyyatın qeyri-neft sektorunun, fərdi olaraq kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyaları, turizm kimi sahələrin inkişafı üçün geniş üfüqlər açır. Risklərin idarəedilməsi də daxil olmaqla müvafiq sahələrdə geniş təcrübəyə və peşəkarlığa malik PAŞA Bank isə öz növbəsində real sektorun etibarlı tərəfdaşı simasında çıxış etməyə hazırdır”, - deyə M. Məmmədov çıxışını yekunlaşdırdı.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment