1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İkiqat dibi olancihazlar:dələduzlar bankomatları kart istifadəçilərinin məlumatlarını ələ keçirməyi “öyrədir”
24.05.2016

“Kaspersky Lab” şirkəti dünya üzrəbir çox bankomatın“Skimer” adlı gizlivirusa yoluxduğunu aşkaq edib. Bu virus vasitəsilə kibercinayətkarlar istifadəçilərin pullarını portativ oxuyucu cihazlar (“skimer”lər) istifadə etmədən oğurlamağı bacarırlar.Zərərverici proqram istifadə olunan bank kartlarının hesab nömrələrini, PIN-kodlarını və digər məlumatları cinayətkarla ötürür ki, bu da öz növbəsində onlara nağd pul çəkmək imkanı yaradır.

Zərərverici proqram aktiv fəaliyyət göstərmədiyindən kartlardan məlumatların toplanması prosesi gizlicə həyata keçirilir. Bunu aşkar etmək bərkidilmiş “skimer” tərəfindən məlumatların oğurlanmasını aşkar etməkdən daha çətindir, çünki virusa yoluxmuş bankomat heç bir xarici zərər almır. Bunun sayəsindədələduzlar hücum hadisəsini uzun müddət gizli saxlamağı bacarırlar. Əksər hallarda onlar bankomatın yaddaşındakifəyət qədərməlumat toplayır, daha sonra isə yığılmış məlumatlar vasitəsi ilə kartların surətlərini hazırlayıb pulları virussuz bankomatlarda nağdlaşdırırlar.

İstifadəçilərin kartları barədə məlumatları əldəetmək üçün cinayətkarlar müəyyən rəqəmlərdən ibarət vəmaqnit zolağa “tikilmiş”xüsusi kartı bankomata daxil edərək gizlizərərverici proqramı aktivləşdirirlər. “Skimmer” bu kodu oxuyur və nəticədə dələduzlardan göstəriş qəbul edən xüsusi menyu fəaliyyətə başlayır.

“Biz dələduzlar tərəfindən kodlaşdırılmış rəqəm ardıcıllığını aşkar edib bu məlumatı banklara veririk ki, onlar özəməliyyat sistemlərini yoxlasınlar və bankomatların viruslu olub-olmamasını təyin edərək kibercinayətkarların zərərverici proqramı aktivləşdirmək cəhdlərinin qarşısını alsınlar”, - deyə“Kaspersky Lab” şirkətinin antivirus üzrəaparıcı mütəxəssisi Sergey Qolovanov bildirib.

2009-cu ildən etibarən məşhur “Skimer” virusu bankomatlara yönəlmiş ilk zərərverici proqramdır. Hazırda onun 49 modifikasiyası mövcuddur ki, onlardan 37-si aparıcı bankomat istehsalçılarından birinin ATM-lərinə qarşı yönəlib. Zərərvericinin ən sonversiyası may ayının əvvəlində aşkar olunub. Hazırda proqram təkmilləşərək bank və müştərilər üçün daha da təhlükəli hal alıb. Baxmayaraq ki, bankomatların coğrafi yoluxması barədə“Kaspersky Lab”ın dəqiq məlumatı yoxdur, “Skimer” nümunələri bir çox ölkələrdəaşkarlanıb: Rusiya, BƏƏ, Fransa, ABŞ, Çin, İspaniya, Almaniya, Gürcüstan, Polşa, Braziliya, Çexiya və Filippin.

“Kaspersky Lab” bu təhlükəni “Backdoor.Win32.Skimer” kimi təyin edir. Təhlükənin qarşısını almaq üçün şirkət “ağ siyahı” texnologiyalarını və disklərin tam şifrələnməsini istifadə etməyi, cihazları idarə edən yüksək keyfiyyətli siyasətləritətbiq etməyi vəriayətinənəzarət etməyi, yalnız sərt diskdən məlumat yükləməyi və bankomat şəbəkəsini daxili şəbəkələrdən ayırmağı tövsiyə edir.

Bu təhlükə və müasir bankomatlarda təhlükəsizlik problemləri barədə ətraflı məlumatı bu bloqda əldə etmək olar: https://securelist.ru/blog/issledovaniya/28631/atm-infector

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment