1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olundu
24.05.2016

Baki, Finance Time. Mayın 22-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olundu. İnfoturda ölkəmizdə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkəti və media nümayəndələri iştirak edirdi.  İnfoturun keçirilməsində əsas məqsəd “Qalaaltı Hotel & SPA”sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkəmizin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

İnfotur iştirakçıları yüksək dağlıq ərazidə, tarixi bir yerdə və əsrarəngiz təbiət qoynunda yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi və onun təqdim etdiyi çeşidli, unikal xidmətlərlə ətraflı tanış oldular. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Daha sonra Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirildi. Konfransı giriş sözü ilə açan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının preszidenti Ruslan Quliyev bildirdi ki, son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhvəsini verir: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. Ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzi Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək. Sağlamlıq turizminin digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərə bilməsidir. Beləki burada gecələmə müddəti 7-21 gün təşkil edir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir.  Bu ilin aprelində Çexiyanınm Karlovı Varı şəhərində bununla bağlı böyük təqdimat keçirilib.  Məqsədimiz, Naftalan və Qalaaltı kimi termal-müalicəvi mıərkəzlərin təqdim etdiyi unikal imkanları dünya turistlərinə təqdim etməkdir”. Natiq onu da bildirdi ki, bu gün dünyada baş verən ümumi böhran, turizm sahəsinin inkişafını daha da aktuallaşdırıb. Bu baxımdan turizm, ölkəmizin  iqtisadi gəlirlər sferasında çox mühüm yer tutmağa başlayıb.  O cümlədən, adlarını çəkdiyimiz turizm mərkəzlərinin yerləşdiyi bu bölgə ekoturizm, dəniz, sağlamlıq və işgüzar turizm növləri üçün çox əlvberişli imkanlar yaradır.

Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin  direktoru Turqay Arı bildirdi ki, Naftalan  və Qalaaltı  dünyada çox unikal turizm imkanlarına malikdir və bu baxımdan yalnız Truskavetslə müqayisə oluna bilər: “İstər  Qalaltıda, istərsə də Naftalanda bu baxımdan son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – Qalaaltı Hotel & SPA” və “Naftalan-Çinar”.  Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində hazırkı dövr üçün çox münasib qiymətə - iki nəfər üçün 130 manata burada bir günlük yüksək səviyyəli istirahət mümkündür. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir.  Müalicə daxil olmaqla qiymətlər isə belədir: “Superior” otaqlarda 7 günlük “single” üçün 614, “double” üçün 939, 14 günlük  “single” üçün 1100, “double” üçün 1669, 21 günlük “single” üçün 1562, “double” üçün 2360,  “suit” otaqlarda isə müvafiq olaraq 926, 1370, 1727, 2532, 2498 və 3653 AZN təşkil edir. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir”.   

Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Əliyev isə bildirdi ki, hələ sovetlər dönəmində   bu yerlərə ittifaqın hər yerindən insanlar müalicə və istirahətə gəliblər: “Hələ o vaxtlar buradakı sanatoriya göstərdiyi xidmətlərə görə çox yüksək səviyyəli diplomlar almışdı.  Qalaaltı suyu çox müalicəvidir və neft tərkiblidir. Burada iki cür bulaq-maye mənbəyi var – bir biri ilə yanaşı olan neft və su bulaqları. Bu su müəyyən müalicə məqsədilə, əsasən uroloji xəstəliklər üçün olduqca faydalıdır. Sidikqovucu,  böyrəkdaşlarının çıxarılması, həzm və ifrazat sistemlərinin müalicəsində əvəzsizdir. Həmçinin mərkəzin quru iqlimli yüksəklikdə olması, ürək, oynaq xəstəlikləri və digər xəstəliklərin müalicəsinə də çox ciddi imkanlar yaradır. Bundan başqa, burada yaxın zamanlarda skayloz, raxit və digır xəstəliklərlə bağlı uşaqların müalicəsi üçün olduqca yüksək şərsait yaradılacaq və belə xəstəlikləri olan uşaqların müalicəsini həyata keçirəcəyik”.  Həkim bildirdi ki, müalicə seksiyasına qəbul olunanlar öncə ən müasir üsullarla hərtərəfli müayinə olunurlar, nəticədə üzə çıxan xəstəliklərə əsasən, müalicəyə götürülürlər. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür.  Burada müalicə ilə yanaşı xəstələrin gəzintisi və idmanı təşkil olunur. Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarla və üsullarla bu xəstəlikdən azad olması çox böyük göstəricidir.  Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sərxan Rəsulov  bildirdi ki, son illərdə nazirlik bölgələrə ardıcıl info-turlar həyata keçirir. Məqsəd Azərbaycan turizminin böyük imkanlarını təqdim etməkdir.

“AtaHolding”  Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar şöbəsinin rəisi  Dilarə Zamanova isə qeyd etdi ki, həyata keçirilən bu cür info-turların çox böyük önəmi var: “Bu infotur sayəsində turistlər ölkəmizdə müalicəvi və termal turizmlə bağlı ən yaxşı şəraitin və bununla bağlı yüksək xidmətlər, çox münasib qiymətlər  təklif edən mərkəzləri yaxından tanımış olacaqlar”.










Digər iştirakçılar da mərkəzdə turistlər üçün yaradılan yüksık şərait və imkanlarla bağlı fikirlərini bildirdilər.  Qeyd edək ki,   Qalaaltı  Sağlamlıq və Turizm Mərkəzində 200 nəfər daimi işçi çalışır. Mərkəz bir ildir ki, fəaliyyətə başlayıb. Buraya artıq xarici turistlər gəlməkdədirlər. MDB və Avropa ölkələrindən gələn turistləri xüsusilə qeyd etmək olar.  

Qeyd edək ki, xidmət səviyyəsinə və çeşidliliyinə görə mərkəzdə qiymətləri olduqca münasib hesab etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment