1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) verilmiş kreditlərinin restrukturizasiyası proqramını bərpa etdi
23.05.2016

Baki, Finance Time. VTB (Azərbaycan) kreditlərin restrukturizasiya proqramı üzrə işini bərpa edib. Maliyyə bazarlarına nəzarət Palatası tərəfindən müvəqqəti dayandırılmış“Müştəriyə dəstək” proqramı yenilənmiş versiyada müştərilərə təqdim olunur. Proqramda Palatanın ölkədə maliyyə sabitliyinin və istehlakçıların hüquqlarının müdafiəsinə istiqamətlənmiş bütün tövsiyələri nəzərə alınıb.

“Müştəriyə dəstək” güzəşt proqramı kredit borclarını ödəməkdə çətinliklə üzləşən müştərilərin kredit yükünün azaldılmasını nəzərdə tutur. Proqrama əsasən, iş yerini və əsas gəlir mənbəyini itirmiş müştərilərə 6 ay müddətinə aylıq ödənişi azaltmaq imkanı verilir. Belə şərtlərdə “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isəaylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Kreditin məbləğindən asılı olaraq, aylıq ödəniş 15-20 manat təşkil edə bilər.

Gəliri azalan müştərilər üçün güzəşt ili ərzində aylıq ödənişin azaldılması nəzərdə tutulub. Dollar krediti olan müştərilərə aylıq ödənişin 50%-ə qədər, manat və rublda kreditləri olanlar üçün 30%-dək azaldılması təklif edilir.  

Güzəşt müddəti ərzində vaxtında ödəniş edən müştərilər üçün bank faiz dərəcəsini 25% azaltmağa hazırdır.

 

Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank baş ofis yanında Müştəri xidmətləri İdarəsi də daxil olmaqla 15  filial ilə təmsil olunub.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment