“Aqrolizinq” ASC-nin Ağsu rayon filialı üçün ofis və istehsalat binası tikilir
23.07.2012
Ağsuda “Aqrolizinq” ASC-nin rayon filialı üçün ofis və istehsalat binası inşa olunur. Bina açıq səhmdar cəmiyyətinin sifarişi ilə “Xəzər inşaat” MMC tərəfindən tikilir.
İnşaat işləri üçün 1,8 hektar torpaq sahəsi ayrılmışdır. Burada ofis binası, qaraj, 100 tonluq gubrə anbarı və s. tikiləcəkdir. Obyektin cari ilin oktiyabrında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Qeyd edek ki, hazirda “Aqrolizinq” ASC-nin Ağsu rayon filialında 40-dan cox müxtəlif növ texnika vardır. Ofis və istehsalat binası texnikanın bir yerə cəmləşdirilməsi, mühafizəsi, vaxtlı-vaxtında lazımı texniki qulluq göstərilməsi, nəticə etibari ilə onlardan səmərəli istifadə edilməsinə, gübrələrin vaxtında gətirilməsi və satışının təşkilinə əlverişli şərait yaradacaqdır. www.azertag.com